Həzrəti Məhdinin (ə.f) təvəllüdü...
Mьəllif: admin1
Tarix: 25-02-2024, 10:24
Həzrəti Məhdinin (ə.f) təvəllüdü...

Ahlibeyt.ge xəbər verir ki, Hörmətli müsəlmanlar "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" Ali Muhəmmədin (s) Qaimi bəşərin xilasgarı Həzrəti Məhdinin (ə.f) təvəllüd günü münasibətilə sizləri təbrik edir.

İmam Məhdi (ə.f) həyatı barədə qısa məlumat


On ikinci məsum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (ə) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olub.

Onun adı İslam Peyğəmbərinin adından, yəni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni, Əbülqasimdir. Məsum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.

Atası on birinci İmam Həzrət Həsən Əskəri (ə), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.

Həzrət Məhdi (ə) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yə’ni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.

Hazırladı: Ramin Əli
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930