Qədr gecəsinin dəyəri və o gecə haqqında olan 10 suala cavab
Ramazan ayının ən böyük münasibəti Qədr gecələridir.
Gərək həmin gecələrin qiymətini bilərək ibadət edib əhya saxlanılsın. Burada Qədr gecəsinin dəyəri və o gün haqqında olan 10 suala cavab veriləcək: 1) Quran Məbəs günü, yoxsa Qədr gecəsi nazil olub? 2) O gecəyə nə üçün Qədr gecəsi deyilib? 3) Qədr surəsinin şəni-nuzulu nədir? 4) Qədr gecəsinin fəziləti nədir? 5) Qədr gecəsinin zamanını məsumlar bilirdirlərmi? 6) Bu gecənin insanlara gizli qalmasının hikmət və fəlsəfəsi nədir? 7) Mələklərin salam verməsinin nə kimi ləzzəti var? 8) Ayədə deyilən Ruh Cəbraildirmi? 9) Ümumiyyətlə bu gecəni necə qarşılamaq lazımdır? 10) Bu gecə yas sayılır, yoxsa bayram? 1. Bu sualın cavabına aydınlıq gətirmək üçün əksər və ən etibarlı təfsir alimlərinin nəzərinə görə Qurani Kərim iki növ nazil və iki dəfə nazil olub. Birinci növü Quranın Qədr gecəsində Ramazan ayında bütövlükdə Peyğəmbərin (s) mübarək qəlbinə nazil olmasına heç şəkk və şübhə yoxdur. Çünki bunun bir neçə aşkar dəlilləri var o cümlədən “Bəqərə” surəsinin 185 ayəsi : “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. İkinci növ nazil olma isə tədricən və Rəsuləllahın (s) 23 illik peyğəmbərlik dövündə nazil olması. “İsra” surəsinin 106-cı ayəsində buyurulub: “Biz bu Qur’anı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (iyirmi üç il ərzində) nazil etdik”. Həmçinin qeyd etmək yerinə düşərdi ki, yuxarıda deyilən iki məna birdəfəyə və tədricən anlayışları ərəb dilində olan inzal və tənzil kəlmələrindən də başa düşülür. Sonra təkrarən və tədricən nazil olmanın səbəbini Quran Peyğəmbər (s) təsəlli olaraq buyurur. 2.Bu gecəyə nə üçün Qədr gecəsi deyilib? Təfsir alimləri Qədr sözünün bir neçə mənada olduğunu buyurublar, o cümlədən “dar”, “qısa”, “məhdud”, “təng”... və s. mənada... Ancaq “Duxan” surəsinin 3-4-cü ayələrində bu kəlmə daha aydın dərk olunur. Belə ki, bütün işlərin, xüsusən insanların taleyinin qədəri və necəliyi müəyyən olur. (3) Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq. (4) Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Qur’anın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır). 3.“Qədr” surəsinin şəni-nüzulu nədir? Bunun üçün alimlər iki səbəb nəql ediblər. Birinci: Bir gün Peyğəmbər (s) yatmışdı, o Həzrət (s) gördü Bəni-Üməyyə onun minbərinə çıxıb. Bu iş o Həzrətə çox ağır gəldi və narahat oldu. Bu anda “Qədr” surəsi Peyğəmbərə (s) təsəlli olaraq nazil oldu. Belə ki, Bəni-Üməyyənin hakimiyyəti təxminən 1000 aydır. İkincisi: Bir gün Həzrət Rəsuli Əkrəm (s) səhabələrnən əyləşmişdi və onlara Bəni-İsraili ömrünün uzun olmasından və onlardan bir nəfərin Allah yolunda 80 ildən artıq cihad etdiyindən danışırdı. Səhabələr bunu eşidəndə o şəxsə qibtə etdilər və ərz etdilər “Ya Rəsuləllah bizdə o şəxs kimi savab qazanmağımız üçün nə iş görə bilərik?” Nəql olurdu ki, Peyğəmbər (s) dua edirdi ki, mənim ümmətimin ömrü qısadır, onda bu surə Peyğəmbərə (s) nazil oldu. 4. Qədr gecəsinin fəziləti. Təbii ki, bu gecədə ibadət və zikr edilərək ehya saxlamaqdadır. Və ayədə buyurulduğu kimi bu gecə 1000 aydan daha üstündür. Yəni bu ayda edilən ibadətlərin, oxunan zikrlərin, verilən sədəqələrin və digər xeyir əməlləri savabı 30 000 dəfə daha artıqdır, çünki 80 ildə 30 000 gün var. 5. Qədr gecəsinin hansı gecə olduğunu məsumlar bilirdimi? Bu sualın cavabında demək lazımdır ki, -Bəli. Çünki, bu gecənin haqqında məsumlarda olunan suallarin cavabında o Həzrətlər (ə) bu gecənin hansı vaxt olduğunu bilirdilər. O cümlədən, Həzrət İmam Baqir (ə)-dan soruşdular: “Siz bu gecənin nə vaxt olduğunu bilirsinizmi?” İmam (ə) cavabında buyurdu: “Bəli. Necə bilmirəm, bir halda ki, mələklər gəlib bizi təvaf edərək salam edirlər”. 6. Bu gecənin insanlara gizli qalmasının hikməti və fəlsəfəsi nədir? Təfsir alimləri bu sualın cavabında deyiblər ki, bu gecənin gizli qalmasının səbəbi odur ki, insanlar Ramazan gecələrinin hamısına əhəmiyyət versinlər. Bu mənanı aşkar etmək üçün misal olaraq deyiblər: “Necə ki, Allah öz razılığını itaətlərin içində gizlədib ki, insanlar bütün işlərdə itaətkar olsunlar. Və qəzəbini məsiyyətlər arasında gizlədib ki, insanlar bütün məsiyyətlərdən uzaq dursunlar. Həmçinin öz dostlarını insanlar arasında gizlədib ki, bütün insanlara ehtiram olunsun. Necə ki, İsmi-Əzəmi Əsmaul-Husnanın içində gizlədib ki, bütün sifətləri böyüklüklə yad edilsin. O cümlədən ölüm vaxtını gizlin saxlayıb ki, insanlar hər zaman hazır olsunlar”. 7. Mələklərin salam verməsinin nə kimi ləzztləri var? Allah taala Həzrəti İbrahimə (ə) oğul əta edəndə mələklər gəlib Həzrəti İbrahimə (ə) salam etdilər. “Hud” surəsi 69-cu ayədə deyilir: Nəql edirlər ki, Həzrəti İbrahimin (ə) o salamın ləzzətini dünyadan üstün olduğunu dedi. Həmçinin Həzrəti İbrahimi (ə) atəşə atanda mələklər gəlib o Həzrətə (ə) salam dedilər, və atəş gülistana çevrildi. Bəli bu da İslam ümmətinin əzəmətinin digər nişanələrindən biridir. O ümmətin Peyğəmbərinə salam verən mələklər bu gün bu ümmətin möminlərinə salam edərlər. 8. Ayədə deyilən Ruh Cəbraildirmi? Burda da bir neçə nəzəriyyə söylənibdir, o cümlədən: 1.Bəziləri deyirlər ki, Ruh vəhy mənasındadır. “Şura” surəsinin 52-ci ayəsində buyurulur: “Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir Ruh (Öz fərmanımızdan qaynaqlanan Qur’an və dini təlimlər) vəhy etdik. Sən (bundan öncə) kitabın nə, imanın (dinin hökmlərinin əsas və şaxələrinin) hansı(lar) olmasını bilmirdin. Lakin Biz bu Qur’anı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi (dinin əsasını qəbul etdikdən sonra, sonrakı kamillik mərtəbələrinə) istiqamətləndirdiyimiz bir nur etmişik. Şübhəsiz, sən (insanları) doğru yola yönəldirsən”. 2.Bəziləri deyirlər ki, Ruh Həzrəti Cəbraildir (ə). Çünki Quranda Həzrəti Cəbrail Ruhil-Əmin olaraq da adlandırılıbdır. 3.Üçüncü nəzəriyyədə isə buyururlar ki, Ruh mələklərin fövqündə və daha əzəmətli bir məxluqdur. Bir nəfər İmam Sadiq (ə)-dan soruşdu Ruh Cəbrail (ə)-dırmı, İmam (ə) buyurdu, xeyr Cəbrail mələklərdəndir, Ruh isə mələklərdən daha əzəmətlidir. Allah taala buyurmurmu ki, mələklər və Ruh nazil olur. 9. Ümumiyyətlə bu gecəni necə qarşılamaq lazımdır? Bu ayələr başa salır ki, elm və mərifəti olan insanlar Quranı göz yaşı və səcdə halında qarşılayar. Bu gecə ibadət, istiğfar və tövbə gecəsidir. Çünki, Qədr gecəsinin bizim gələcəyimizdən çox keçmişimizlə əlaqəsi var. Çünki elə güman etməyək ki, bizim gələcək bir illik taleyimiz nəsə baş verəcək və bu gecədə həll olacaq. Belə deyil. əslində biz keçən Qədr gecəsindən bu Qədr gecəsinə kimi öz əməllərimizlə bu Qədr gecəsindən gələn Qədr gecəsinə olan taleyimizi müəyyən etmişik. Böyük Allah isə bizim əməllərimiz əsasında bir illik təqdirimizi müəyyən edir. Allahın lütfüdür ki, Qədr gecəsində bir daha insanlara fürsət verir ki, tövbə və göz yaşları ilə öz keçmişlərini bağışladaraq gələcəklərini işıqlandırsınlar. Çünki rəvayətlərdə var ki, tövbəkar insanların duası tez qəbul olunur, burada İmam Səccaddan (ə) nəql olunmuş bir hədis yerinə düşərdi, tufandan qadının salamat çıxması və qadının tövbəsi. 10) Bu gecə yas sayılır, yoxsa bayram? Bu gecə nə yas nə də bayram gecəsidir, Quranın buyurduğu ifadəyə görə ibadət gecəsidir. Necə ki, “İsra” surəsinin 107-108-109 ayəsində buyurulur: “(107) "(Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər». (108) Və deyirlər: «Pakdır bizim Rəbbimiz! Həqiqətən Rəbbimizin vədi həmişə yerinə yetəndir.» (109) Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Qur’anı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır”. İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbələrindən. Ahlibeyt.ge Oxşar xəbərlər
|