Marneulidə yerləşən İmam Huseyn (ə) adına olan məsciddə həzrəti Xədicənin vəfatı münasibəti ilə, ehsan olaraq iftar süftəsi verildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneulidə yerləşən İmam Huseyn (ə) adına olan məsciddə Tbilisi Alul-beyt müəsisəsinin tərəfindən Peyğəmbər (s) həyat yoldaşı olan həzrəti Xədicənin vəfatı münasibəti ilə ehsan olaraq iftar süfrəsi verildi.
İftardan əvvəl Quran məclisi oldu və oxunan Quranların savabını həzrəti Xədicənin ruhuna tapşırıld. Daha sonra məclisdə dəvət olunmuş təfsir elmləri üzrə doktor Kərbəlayi Fariz çıxış edərək gənclərin Quranda olan xüsusiyyətindən danışdı. Doktor buyurdu ki, qiyamət günü soruşulan suallardan biri gənclik haqqında olması, eyni zamanda Əshabi-kəhfin gənclərdən olması, gənclərdə olan şəhamət və şücaət, gənclərin haqqı tez qəbul etməsi, Ata anaya yaxşılıq etmələri və ədalətli olub zülümlə mübarizə etmələrini vurğuladı. Məclis dualar ilə sona çatdı. Oxşar xəbərlər
|