Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətində İmam Əli (ə) şəhadət münasibəti ilə "QURAN GECƏSİ" proqramı keçirildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və “Zeynəb” Qadınlar Birliyinin təşkilatçılığı ilə cəmiyyətin Hüseyniyyəsində Qurani Kərimin nazil olması həmçinin natiqi Quran İmam Əli (ə) şəhadət münasibəti ilə "QURAN GECƏSİ" proqramı keçirildi.
İkinci Qədr gecəsi iki hissədən təşkil olundu: Birinci hissə Kərbəlayi Elçin Daşdanovun aparıcılığı ilə baş tutdu. Elçin Daşdanov ilk öncə İmam Əli (ə) həyatından və fəzilətindən danışdı. Sonra Elçin daşdanov öz gözəl səsi ilə Quran oxumaq üçün Quran qarisi Rza Cəfərini dəvət etdi. Rza Cəfərinin tilavətindən sonra aparıcı Azərbaycan respublikasından təşrif gətirən Quran qarisi İlkin Həsənovu Quran tilavət etmək üçün dəvət etdi. Proqramın davamında İran İslam respublikasından gələn Qəməri Bəni Haşim adın olan məddah qrupu Allahın şükür və tərifinə mədhlər oxudular və Əli (ə) şəninə isə qəzəllər və şeirlər səsləndirdilər. İkinci hissədə isə hər il olduğu kimi yalniz xanımlardan ibarət cəm şəkilində həyata keçdi. İlk öncə İran İslam Respuvlikasunda təhsil alan Əminə xanım qeybət haqqında çıxış edərək qeybətin Quran və hədislərdə bəyənilməyən və həmişə məzəmmət olunan bir əxlaqi nöqtə olduğunu vurğuladı. Daha sonra Qədr gecəsinin namazı qılınaraq dualar oxundu. Əhya gecəsi imsak süfrəsi ilə yekunlaşdı. Oxşar xəbərlər
|