İmam-cümə, Hacı Rasim Məmmədov ikinci xütbəsində Beynəlxalq "Qüds" günündən danışdı
Ahlibeyt.ge xəbər verir ki, İmam-Cümə hacı Rasim Məmmədov ikinci xütbəsinin iki hissədən ibarət olduğunu qeyd etdi: 1) Fitr bayramının əhəmiyyətindən və fəzilətindən danışaraq buyurdu ki, İmam Sadiq (ə) buyurur: Fitr bayramının gecəsinin fəzilət və dəyəri Qədr gecəsinin fəzilətindən geri qalmır.
2) Beynəlxalq "Qüds" gününə aiddir. "Beytul-müqqədəsin sionist İsrail işğalından azad edilməsi günü". "O Qüds məscidi ki, 13-il qibləmiz olub". "O Qüds məscidi ki, Peyğəmbərmiz (s) oradan meraca gedib"... "O Qüds ki, müqqədəsliyi qorunsun deyə yüz minlərlə müsəlman şəhid olub". Həmin müqqədəs torpaq bu gün işğalçı sionist rejimin tapdağı altındadır - deyə əlavə edib. İmam cümə sonra əlavə etdi: Biz iki cəhətdən işğala qarşıyıq: a) Öz vətənimiz işğala məruz qalıb, buna görədə işğala məruz qalanların acısını daha yaxşı hiss edirik. Uca Allahdan istəyirik tezliklə ana torpağımız işğaldan azad olunsun. Bu yolda da əlimizdən gələni etməyə hazırıq. İnşallah! Dünyada və İslam torpaqlarında olan işğalları pisləyirik və zülümdə əli olan zalimləri lənətləyirik. b) Etiqad bəslədiyimiz Qurani Kərim büs-bütün zülmün əleyhinədir, və zülmə qarşı ən barışmaz və ən sərt mövqedən çıxış edən səmavi bir kitabdır. 1) Mütəal Allah öz kitabında bir dəstə "məzlumdan" danışır... "Onlar qiyamət günü deyərlər ilahi zalimlərə iki qat əzab ver. Allah cavablarında buyurar:" Sizin hər iki dəstənizə iki qat əzab veriləcək". Çünki, siz öz susmağınızla zalimə şərait yaratdınız ona zülm etməkdə cəsarət verdiniz. O tormağınızı işğal etdi-siz niyə azad etmək üçün çalışmadınız? Biz nə qədər zalim olmamağa çalışırıqsa, o qədərdə çalışmalıyıq ki, məzlum olmayaq. İmam Səccad (ə)-da onu deyir "İlahi! məni zalim olmaqdan qoruduğun kimi məzlum olmaqdanda qoru". İmam cümə əlavə etdi ki, Beynəlxalq Qüds gününün təsisçisi böyük İslam alimi Ayətullah Musəvi Xomeyni (r.ə)-dır. Bu gün bütün dünyanın hər yerində azadlıq sevər insanlar dillərindən, dinlərindən və millətlərindən asılı olmayaraq Qüdsun işğaldan azad olunması üçün əllərindən gələn işləri görürlər. -deyə qeyd edib. Oxşar xəbərlər
|