TBİLİSİDƏ “AVROPA İNSAN HÜQUQLARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ (FOTO)
Mьəllif: admin1
Tarix: 12-07-2016, 23:17
TBİLİSİDƏ “AVROPA İNSAN HÜQUQLARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ (FOTO)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Tbilisidə Levan Mikeladze adına fondun təşkilatçılığı ilə “Avropa İttifaqında insan hüquqları və ailə dəyərləri„ mövzusunda seminar keçirildi.

Seminarda əsasən Gürcüstanın bir çox bölgələrindən dəvət olunan din xadimləri iştirak etdi. Öncə təşkilatçı fondun direktoru seminarı açıq elan edərək sözü Gürcüstan Müsəlmanları İdarəsin şeyxi Ramin İgidova verdi.

O məclis iştirakşılarını salamlayıb çıxışında İslamın insan azadlığı və insan hüquqları ilə bağlı Avropa ilə müvafiq və fərqli baxışlarına işarə edərək qeyd etdi ki: “dinimizə görə insanın azadlığı insanın mənliyinə, şərəfinə, cinsiyyətinə və mənəviyyattına zidd olan, ona xələl gətirən çərçivəni aşmamalıdır.

Eyni zamanda insanın azadlığının son sərhədi başqasının haqqının başlanğıc nöqtəsinə qədərdir. Buna görə dədiqqət etmək lazımdır ki, başqasının haqqına təcavüz və haqsızlıq olunmasın. Dinimizə görə təcavüz və zorakılıq tək, maddi, cinsi, siyasi və fiziki cəhətdən deyil mənəvi və əxlaqi normaları tapdalıqda da olur.

Təəssüflə bu gün dünyada bəzən insan haqlarını müdafiə edən bəzi sülhməramlı qüvvələr özləri insan haqlarının pozulmasına şərait yaradırlar. Fikir azadlığından danışıb insanların azad söz və fikirlərinə görə cinayətə cəlb edir, tolerantlıqdan dəm vurub İslamafobiyaya və diskrimnasiyaya səbəb olurlar.

İnsanlar azaddır şuarı ilə onların hicab seçminə qarışır, siyasi davranışlarında ikili standart tətbiq edib, ölkələrin daxili işlərinə müdaxilə edirlər və ən dəhşətlisi insanların milltinə, irqinə vədininə görə ayrıseçkilik edirlər”.

Sonra QMİnin Gürcüstandakı nümayəndəliyinin müavini Hacı Eyvaz Mərdanov, Gürcüstan, Avropa İnteqrasiyası fondunun meneceri Vano Çxikvadze, jurnalist İrakli Tabliaşvili, İlya adına Dövlət Universitetinin hüquq sahəsi üzrə professor Vaxuşti Menabde, Avropaşünaslıq və Qavqasiologiya sahəsi üzrə professor Oliver Rayser çıxış edərək Gürcüstan və Avropa İttifaqı, NATO və Gürcüstan əməkdaşlığı, Avropa İnsan hüquqları və dini azlıqların hüquqları və Avropa mexanizmləri haqqında seminar işturakçılarını ətraflı məlumatlandırdılar.

Nəhayət beş saatdan çox müddətdə davam edən seminar diskusiya və fikir mübadiləsi ilə davam etdi. Sonda Seminar iştirakşıları şam yeməyi ətrafında bir araya gəldilər.

TBİLİSİDƏ “AVROPA İNSAN HÜQUQLARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ (FOTO)
TBİLİSİDƏ “AVROPA İNSAN HÜQUQLARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ (FOTO)
TBİLİSİDƏ “AVROPA İNSAN HÜQUQLARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ (FOTO)
TBİLİSİDƏ “AVROPA İNSAN HÜQUQLARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ (FOTO)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930