Qurban bayramı münasibəti ilə Əhli-beyt (ə) cəmiyyətinin təbrik bəyanətı
Mьəllif: admin1
Tarix: 17-06-2024, 09:03
Qurban bayramı münasibəti ilə Əhli-beyt (ə) cəmiyyətinin təbrik bəyanətı
Ahlibeyt.ge xəbər verir ki, Zilhiccənin 10-u Qurban bayramıdır. Bu bayram münasibəti ilə "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi" başda İmam Zaman (ə.f) olmaqla, dünya müsəlmanlarını təbrik edir.


Zilhiccənin 10-cu günü – Qurban bayramı gününün əməlləri:

1. Qüsl almaq.

2. Qurban bayramının namazını qılmaq.

3. "Səhifeyi-Səccadiyə" dua kitabının 48-ci duasını (Qurban bayramı və cümə gününün duası) oxumaq.

4. “Nüdbə” duasını oxumaq.

5. İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini oxumaq.

6. Qurban kəsmək.

7. Qurban bayramı gününün zöhr namazından etibarən zilhiccə ayının 12-ci gününün sübh namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək böyük savaba malikdir: «Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd. Allahu əkbəru əla mə hədənə. Allahu əkbəru əla mə razəqnə min bəhimətil-ən’am. Vəlhəmdu lilləhi mə əblənə».

Tərcüməsi: «Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa məbud yoxdur və Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır və həmd Allaha məxsusdur. Bizə verdiklərinə görə, ev heyvanlarından bizə ruzi yetirən Allah hər şeydən ucadır. Bizi sınağa çəkdiyinə görə Allaha həmd olsun».

İslam təqviminin ən əlamətdar tarixlərindən olan müqəddəs Qurban bayramını – mənəvi həcc səfərinin şah zirvəsini sinvolizə edən günü təntənəli surətdə qeyd etmək çox gözəldir.

Zilhiccə ayının 18-i – Qədir-Xum bayramıdır. Bu gün - Həzrət Əlinin (ə) Allah Rəsulu Həzrət Muhəmmədin (s) canişini və vəsisi elan edilən gündür. Qədir-Xum bayramı – dinin kamil surətdə qərar verilməsinin rəmzi olaraq çox əhəmiyyətlidir.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930