İmam-cümə Hacı Rasim: İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur (Foto)
Mьəllif: admin1
Tarix: 30-09-2016, 22:23
İmam-cümə Hacı Rasim: İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-beyt (ə)-a salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.

İmam-cümə birinci xütbəsində, "Zümər" surəsinin 73-cü ayəsinin təfsirindən və İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirməyin əhəmiyyətindən danışdı.

İmam-cümə buyurdu, bu ayəni çox maraqlı təfsir edən böyük təqlid mərcəsi Ayətullah Seyid Bəşir Nəcəfi deyir: "Neçə il idi ki, "Zümər" surəsinin 73-cü ayəsinin məna və təfsiri məni özünə məşğul etmişdi. Özümdən soruşdum: nə üçün möminləri "cənnətə tərəf çəkərlər" ifadəsi işlənilmişdir? Bütün kitablara və təfsirlərə baxdım, amma bir cavab tapa bilmirdim. Nəhayət, bir gün “Biharul-ənvar”da İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayət gördüm.

Rəvayətdə İmam Sadiq (ə) buyurur: “Seyyidüş-şühəda İmam Hüseynin (ə) dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, cənnətə daxil olmazdan öncə mövlaları Hüseynlə (ə) görüşsünlər. İmam (ə) öz sevərlərinin görüşünə gələr və bu görüş çox uzanar. Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf, qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də Seyyidüş-şühədanın (ə) dostları öz mövlalarından könül üzərlər. Görüş o qədər uzanar ki, Allah cənnət məmurlarına buyurar: “Bu görüşə son qoymaq üçün bu möminləri və Hüseynimin dostlarını cənnətə tərəf çəkin”.

İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur.

Hacı Rasim əlavə edərək buyurdu, nəql edirlər: İmam Hüseyn (ə) şəhid olan an dodaqlarına təbəssüm gəldi.
Təbii ki, o gülüşün bir səbəbi Allah dərgahına qovuşması üçün idi. Lakin deyirlər ikinci səbəbi ona görə idi ki, o Həzrət (ə) bildi ki, onun adına qurulan məclislərdə çoxları tövbə edib özlərini düzəldəcəklər və Allah taala o məclislərdə çoxlarını bağışlayacaq ona görədə imam Huseyn (ə) şad idi.


İmam-cümə sonda qeyd etdi ki, həzrəti Sadiq (ə) Musməə İraqiyə buyurdu: Hüseynə qəmlənib əza saxlamaq insanın 5 yerdə dadına çatacaq:

1) Axır saatlarında və can verdiyi and.
2) Qəbrə qoyduqları.
3) Dəfn edib hamı qayıdandan sonra.
4) Məhşər günü.
5) Hesab zamanında.



İmam-cümə hacı Rasim ikinci xütbəsində imam Huseyn (ə) qiyamının İslamı yaşatmağından danışdı.

İmam-cümə sual olaraq buyurdu ki, “İmam Huseynin (ə) qiyamı İslamı yaşatdı” bu sözün mənası nədir? Yaxud nə üçün İmam Huseyin (ə) da özündən əvvəlki və sonraki İmamlar (ə) kimi səbir etmədi?

Bu suallara bir cümlədə belə cavab vermək olar: “ İmam Huseyn (ə) bildi ki, əgər Yezid (l) xəlifə olsa onda din bütövlükdə aradan gedəcək bununlada İslama əlvida, müsəlmanlar İslamla vidalaşacaq.

Hacı Rasim qeyd etdi ki, İmam Huseynin (ə) o biri İmamlarla (ə) heç bir fərqi yoxdur, lakin Huseyn (ə) qarşılaşdığı şərait, zaman və zalim hakim çox fərqli idi.

İmam-cümə Hacı Rasim: İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur (Foto)
İmam-cümə Hacı Rasim: İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur (Foto)
İmam-cümə Hacı Rasim: İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur (Foto)

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930