Əzadarlığın savabı və zərurəti...
Mьəllif: admin1
Tarix: 1-08-2022, 23:00
Əzadarlığın savabı və zərurəti...
Böyük İslam Peyğəmbəri (s) buyurur: “Hüseyn məndəndir, məndə Hüseyndən. Hər kəs Hüseyni sevsə Allahı sevibdir.”

Əhli-Beyt (ə) və Hüseyn (ə) sevgisinin əsas qaynağı Qurani Kərimdir. Belə ki, “Şura” surəsinin, 23-cü ayəsində buyurulub: "Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir.

De: "Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm."

Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq(onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir."


Təbii ki, Əhli-Beyti (ə) sevməyin mənası Həzrət İmam Sadiq (ə) buyurduğu kimi “Bizim aşiqlərimiz (davamçılarımız) bizim şad günümüzdə şadlanar, qəmli günlərimizdə qəmlənərlər”.

İmam Sadiq (ə) başqa bir hədisdə Fuzeyldən soruşur: “Bizim məclislərimizdə, yəni İmam Hüseyn (ə) əzadarlığında oturursunuz?

Dedi: Bəli, Ağa! İmam (ə) buyurdu: Bilirsən, mən o məclisləri nə qədər sevirəm? Hər kəs bu məclisdə gözündən bir damla yaş axıtsa, Allah onun bütün günahlarını bağışlayar”.


Sonra Peyğəmbərin (s) belə buyurduğunu dedi: “Hüseyn əzadarına Allahın salamı olsun!”.

Demək olar ki, İmam Hüseynə (ə) əvvəl Peyğəmbər (s) özü, İmam Əli (ə) və xanım Zəhra (ə) ağlayıblar. Bütün İslam raviləri qeyd ediblər ki, hər dəfə Peyğəmbərin (s) gözü İmam Hüseynə (ə) sataşsa göz yaşı tökərdi.

İmam Hüseyn (ə) yeni dünyaya gələndə parçaya büküb Peyğəmbərin (s) qucağına qoydular, gördülər Peyğəmbər (s) parçanı açıb uşağı öpür və yana-yana ağlayır.

Xanım Zəhra (ə) atasının bu cür şiddətlə ağlamağının səbəbini soruşduqda, buyurdu: “Bu uşağı zülm ilə Kərbəlada şəhid edəcəklər, başını kəsib bacılarını, qızlarını əsir edəcəklər”.

Xanım Zəhra (ə) göz yaşı içərisində soruşdu: “Atacan, o gün sən, atası Əli (ə) və mən olacağıqmı?”

Peyğəmbər (s) buyurdu: “Xeyr, qızım. O gün nə mən, nə Əli nə də sən heç birimiz olmayacağıq”.

Xanım Zəhra (ə) dedi: “Bəs o gün Hüseynə kim əza saxlayacaq?”

Peyğəmbər (s) buyurdu: “Qızım, narahat olma ümmətimdən olan kişi və qadınlar hər il bir yerə toplaşıb oğlu ölən ana kimi sənin Hüseyninə ağlayacaqlar”.

Yenə İmam (ə) başqa bir hədisdə buyurur: “Hüseynin (ə) əzadarları mənim qardaşlarımdır”. Xüsusi buraxılış səh. 38-39

Kərbəla faciəsinin əsl varisi İmam Zeynul-Abidin (ə) idi. Gəlin görək o Həzrət (ə) İmam Hüseyn (ə)-ın şəhadətindən sonra Kərbəla məktəbinin yaşaması üçün nə etdi.

O Həzrət (ə) 33 və ya 34 il imam oldu. Demək olar ki, onun zamanı bütün məsumların zamanından daha çətin idi. O 6 Əməvi xəlifəsinin zamanında yaşadı.

Onlardan biri Əbdülməlik Mərvan idi ki, 21 il xilafəti qəsb edib, müsəlmanların rəhbərliyini ələ keçirmişdi. Mərvan o şəxsdir ki, rəsmən cümə xütbələrindən “İttəqullah” kəlməsini çıxarmaq əmrini verib əmr be məruf və nəhy əz münkəri qadağan etdi.

Bunların nəticəsində də hər küçəsindən azan və Quran səsləri ucalan Mədinətun Nəbidə açıq-aşkar fəsad məclisləri qurulurdu. Siz təsəvvür edin ki, bunun sərkərdələrindən biri Həccac ibni Yusif idi.

Ömər ibni Əbdüləziz deyir: “Əgər dünyanın bütün xəbislərini tərəzinin bir gözünə qoysalar, Həccacı o biri gözünə qoysalar onun zülmləri hamısından daha ağır gələr”.

O bir şəxsdir ki, Komeylləri, Qənbərləri və minlərlə Əhli-Beyt (ə) tərəfdarlarını az bir zanmanda qətlə yetirib. Bu dediklərimiz İmam Zeynul-Abidin (ə)-ın imamlıq dövrünə təsadüf edən zalim hakimlərin etdikləri zülmlərdən sadəcə bir nümunədir.

Belə bir zamanda alimlər yazırlar ki, İmam Səccad (ə) 15-ə yaxın istiqamətdə çox mühüm fəaliyyətlər göstərib. O cümlədən çox dərin məfhumlu dualar, xüsusi tələbə və alimlər yetişdirmək, qul azad etmək, və bunların hamısından daha mühüm Kərbəla hadisəsini diri saxlamaq.

Çünki Yezid və tərəfdarları (Allahın lənəti olsun onlara) bu qanlı hadisələrdə özlərinin günahsız olmalarını xalqa çatdırmaq istəyirdilər. Belə çətin bir zamanda İmam Səccad (ə) nə məclis qura bilirdi, nə əzadarlıq dəstəsi yarada bilirdi, nə də cümə xütbəsi oxuya bilirdi.

Doğrudu bu işlərin hamısı sonrakı imamların zamanında həyata keçdi, sonrakı məsumlar məddah gətirib əza məclisləri qurardılar. Məsələn, Əbu Harun oxuyardı İmam Sadiq (ə) ağlayardı, Deybel oxuyurdu İmam Rza (ə) göz yaşı tökürdü, Minada Komeyt rozə deyirdi İmam Baqir (ə) ağlayıb əza saxlayırdı.

Amma çox ağrılıdır ki, Kərbəladakı zülmlərə şahid olan, o günahsız axan qanların varisi heç vaxt rəsmi məclis tuta bilmirdi. Bunlara baxmayaraq İmam Səccad (ə) Kərbəla faciəsi unudulmasın deyə bir neçə iş gördü:

1. İmamın (ə) üzüyünün üzərinə “Əl izzətu lillah” yazısı həkk olmuşdu. İmam Hüseynin (ə) şəhadətindən sonra o Həzrət (ə) başqa üzük sifariş edərək üzərinə “Şəqyə qatilu Hüseyn ibni Əli” (Hüseyn ibni Əlinin qatili bədbəxt oldu) yazısını həkk etməyi tapşırdı.

2. Düzdür ki, İmam Zeynəl-Abidin (ə) ümumi əzadarlıq məclisi qura bilmirdi, lakin su görəndə, yemək görəndə, çay kənarından keçəndə göz yaşı tökərdi və ağlardı və ağlamağının səbəb və dəlillərini xalqa deyərdi: Həzrəti Yəqub (ə) Yusifi (ə) itirəndən sonra ağlamaqdan gözləri tutulmuşdu: “Mən necə ağlamayım ki, 17 Yusifin başını gözümün qabağında kəsdilər”.

Qeyd edildiyi kimi boyük məclis tutulmasa da 3-5 nəfərlə gecə səhərə qədər əzadarlıq edərdilər, səhər açılanda dağılardılar.

3. Sarı ipək parçadan bir kisə düzəltmişdi Kərbəla torpağını içində saxlayardı, namaz qıldığı zaman gətirib ona səcdə edərdi. Və bu işi digərlərinə də tövsiyə edərdi.

4. İnsanlar arasında İmam Hüseyn (ə)-ın ziyarət etməyin savab və zərurətini təbliğ edərdi .“Kamiluz-ziyarədə” nəql olunub ki, Əbu Həmzə İmam Səccadın (ə) yanına gəlmişdi, İmam (ə) buyurdu: “Əbu Həmzə, hər gün İmam Hüseynin (ə) ziyarətinə get, əgər bacarmasan hər cümə get. Hər kəs cəddim Hüseynin (ə) ziyarətinə getməsə Allaha yüngül sayıbdı”.

5. Qulları alıb bir müddət tərbiyə edib sonra Allah yolunda azad edərdi. Bunların sayının 50 000-dən artıq olduğu qeyd edilir. O qulamların arasında çox böyük mənəvi məqama yetişənlər də olubdur.

Abdullah ibni Mübarək rəvayət edir ki, bir zaman şəhərdə çox quraqlıq və qıtlıq oldu, camaat toplaşıb istisqa namazı qıldılar, amma yağışdan heç xəbər olmadı.

Sonra gördüm qara bir qulam camaatın içindən ayrılıb namaz qılıb səcdəyə getdi, gördüm səcdədə deyir: “İlahi, Sən yağış yağdırmayınca başımı səcdədən qaldımayacam, və belə də oldu gördüm yavaş-yavaş hava qaraldı və birazdan yağış başladı.

Bu şəxsin kimliyi mənə çox maraqlı gəldi. O qalxıb gedəndə onu təqib etdim, gördüm İmam Zeynul-Abidin (ə)-ın evinə daxil oldu, anladım ki, o İmam Zeynul-Abidinin (ə) qulamlarından biridir”.

6. 170 nəfər xüsusi alim yetişdirdi.

Ancaq maraqlı bir sual ortaya çıxır biz nə vaxt İmam Hüseyn (ə)-ın həqiqi və sadiq əzadarı ola bilərik?

Məncə, biz bu suala düzgün cavab vermək üçün İmam Hüseynin (ə) qiyamında hədəfini izləməliyik. Görək İmam (ə) nə üçün inqilab etdi. Bu cür sualın cavabını İmamın (ə) öz danışıq və əməlində axtarmalıyıq.

İmam (ə) Mədinədən hərəkət edəndən Kərbəlaya çatana qədər bir neçə dəfə öz hədəfinə işarə edərək buyurdu: “Mən fitnə-fəsad yaratmaq və qan tökmək üçün qiyam etmədim, mən cəddim Peyğəmbərin (s) dinində islah, Əmr be məruf və nəhy əz munkər etmək üçün qiyam etdim".

Babam Peyğəmbərin (s) və atam Əli (ə)nin yolunu getmək üçün hərəkət etdim.Əgər biz bu məclislərdən çıxanda özümüzün, ətrafımızın islahına çalışacağıqsa, onda deyə bilərik ki, bu əza məclislərindən faydalanmışıq. Çünki, İmamın (ə) məclisi islah məclisidir. Bu işimizlə İmama (ə) öz hədəfinə çatmağa yardımçı olmuşuq.

İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbələrindən

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031