Məhərrəmlik ayı münasibəti ilə Əhli-beyt (ə) Cəmiyyətinin bəyanəti
Məhərrəm hüzn və kədər ayıdır. Məsum imamlarımız (ə) mühərrəm ayı girəndə matəmə qərq olar, İmam Hüseynə (ə) əza saxlayardılar.
İmam Rza (ə) buyurur: "Məhərrəm ayı girəndən atamın güldüyünü görən olmazdı." Məhərrəm ayının gəlişi münasibəti ilə "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" başda İmam Zaman (ə.f) olmaqla Əhli-beyt (ə) davamçılarına və dünya əzadarlarına təsiliyyət verir. QEYD: möhtərəm oxuculardan xahiş edirik ki, bu müqəddəs ayın və onun ardınca gələn səfər ayının ehtiramını gözləsinlər, şadlıq və şənlikdən çəkinsinlər, Peyğəmbərin (s), Fatimənin (s.ə) və 12 İmamın (ə) ruhunu incidəcək hərəkətlərə yol verməsinlər. Bu iki ayda toy, nişan, ad günü və şadlıq məclisləri keçirmək, belə məclislərdə iştirak etmək, şən musiqiləri dinləmək günahdır. Ümumiyyətlə, mühərrəm ayının ilk doqquz gününü oruclu halda yaşamaq müstəhəbdir. Amma aşura günündə oruc tutmaq məkruhdur (bəyənilməzdir; bu məsələ şiə məzhəbindədir). Ramin Əli Ahlibeyt.ge Oxşar xəbərlər
|