Gürcüstanda ilk dəfə İmam Hüseynə (ə) rozəni kim deyib?
Mьəllif: admin1
Tarix: 12-07-2024, 16:15
Gürcüstanda ilk dəfə İmam Hüseynə (ə) rozəni kim deyib?
"Miladi VII əsrdə (miladi 646-647) İslam Peyğəmbərinin (s) yaxın səhabəsi olmuş Salman ibn Rəbieyi Bahili və Həbib ibn Məsləmənin başçılığı ilə müsəlman qoşunları Qafqaz və Gürcüstan torpaqlarına qədəm qoydular.

Müsəlmanları xoş qarşılayan Tiflisilər onlarla müqavilə bağlayıb sülhə razılıq əldə etdilər. Bu müqavilənin adı Gürcüstan İslam tarixinə Həbibin "müdafiə fərmanı" adı ilə daxil edildi.

Salmanın qoşununda olan Züheyr ibn Qeyn (r) (hansı ki, Kərbəlada İmam Hüseyn (ə) qoşuldu) rəvayət edir ki "Qan tökülmədən razılığın əldə olunmasına sevinən müsəlmanlar şadlıq edib sevindiklərində Salman ibn Rəbieyi Bahili buyurdu: bu işə sevinməyiniz yaxşıdır lakin Peyğəmbər (s) bizə Hüseynin (ə) gələcəkdəki məzlumanə şəhadətindən xəbər veribdir. "Özünüzü hər yerdə xərcləməyin Hüseynin (ə) qiyamına saxlayın və Hüseynə (ə) kömək edin."

Mən bu cür hiss edirəm ki ömrüm icazə verməyəcək ki Peyğəmbərin (s) istəyinə əməl edim. Amma siz cavansız və buna ömrünüz yetər deyərək İmam Hüseynin (ə) şəninə rozə oxuyub ağladı.

Bu hadisə həm bizə və həm də başqalarına dəlil olur ki, bu diyardakı İmam Hüseyn (ə) əzadarları sonradan peyda olmayıb. Bu gün Gürcüstan Hüseynçilərinin tarixi, Gürcüstan torpaqlarında olan islami adət ən-ənələr, İmam Huseynə (ə) axıdılan göz yaşları Peyğəmbərimizin (s) dövrünə çox bir zamana, VII əsrə dayanır."

Daha sonra Həbib Tiflisə, Salman ibn Rəbieyi Bahili isə öz qoşunu ilə Dağıstanın Bələnçər şəhərinə qədər fəth etdi. Xəzər xaqanları ilə olan döyüşdə 4 min nəfərlik qoşunu ilə birlikdə şəhid edildi."

Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin sədri, İmamcümə Hacı Rasim Məmmədov.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930