Tbilisidə Tasua və Aşura mərasimləri (Foto)
Ahlibeyt.ge xəbər verir ki, Gürcüstanın bir çox şəhər və kəndlərində olduğu kimi paytaxt Tbilisidə Məhərrəmlik mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə bu il daha da izdihamlı şəkildə keçirildi. Məhərrəm ayının əvvəlindən etibarən axşam namazından sonra təşkil olunan mərasimlərdə Quran və dualar oxundu, söhbətlər edildi, mərsiyələr oxundu və hər axşam Ehsan süfrələri açıldı.
Gürcüstan Müsəlmanları Idarəsi İmam Hüseynin (ə) Kərbəla qiyamını xatırladan və dinimizi öyrənməyə şərait yaradan belə məclislərinin təşkilində hər növ zəhmət çəkənlərə Allahdan əcr diləyir, dua və Ehsanların ali dərəcədə qəbul olunmasını istəyir. Allah bütün Hüseynsevərlərə və Onun yolunu gedənlərə Həzrətin bu dünyada ziyarətini və axirətdə isə şəfaətini nəsib etsin. Amin! Oxşar xəbərlər
|