Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Mьəllif: admin1
Tarix: 25-11-2016, 19:29
Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, İmam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.
Hər zaman olduğu kimi İmam-cümə, əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.
Haci Rasim birinci xütbəsində, insanı Peyğəmbərə (s) oxşadan 3 xüsusiyyət haqqında danışdı.

İmam cümə buyurdu ki, bir gün Peyğəmbər (s) səhabələrlə birlikdə əyləşmişdi. O Həzrət buyurdu: “Sizə deyimmi hansınız mənə oxşayırsınız?”
Səhabələr dedilər: “Buyurun, ya Rəsuləllah!”

Peyğəmbər (s) buyurdu: “Hər kəsdə bu 5 xüsusiyyət olsa o mənə oxşayır”

Xətib qeyd etdi ki, Mən bu 5 xüsusiyyətin 3-nü sizin nəzərinizə çatdıracam:
1.Əhsənukum xulqən:“Kimin əxlaqı daha gözəl və daha yaxşıdırsa o mənə oxşayır”.
Əxlaq məsələsi çox mühüm amildir, çünki İslam Peyğəmbərinin (s) Besətdə ən mühüm hədəfi kimi tanıtdırılır.
Peyğəmbər (s) buyurur: “Mən gözəl əxlaqların tamamlanması üçün peyğəmbərliyə seçildim.”

2.Əvfakum əhdən, Peyğəmbər (s) buyurur: “Mənə oxşayanlarınız əhdinə çox vəfalı olanlarınızdır”
Gərək əhdimizə vəfa edək, nəfsimizə pərəstiş etməyək. Bu nəfsi istəklər üzə çıxanda məlum olacaq. Bəzən insan pula, bəzən vəzifəyə, bəzən hansısa şəxsə pərəstiş edir, amma özü bunun fərqində olmur.
3.Əmanətdar olmaq: Kim çox əmanətdardırsa Peyğəmbərə (s) bənzəyir.
Əmanət təkcə pul deyil, Quran bizə əmanətdir, Əhli-beyt (ə) bizə əmanətdir, İslam bizə əmanətdir, Məscid bizə əmanətdir, Tarix boyu qanlarını töküb İslamı qoruyan şəhidlərin qanları bizə əmanətdir və s...

İmam cümə ikinci xütbəsində Möminin mömin boynunda olan haqqlarından danışdı.

“Həqiqətən, möminlər (dində) qardaşdırlar...” (Hucurat, 10) bu gün dünyada baş verən problemlərin hamısının səbəbi bu ayəyə əməl etməmələridir. Bizim İslam dünyasında, hətta öz məntəqəmizdə “islami qardaşlıq” çox zəifdir. Bəlkə də bu cür desək daha doğru olardı! Bu vəzifəmizdə daha diqqətli olmalıyıq. Bu ayənin şərhi olaraq diqqətinizi bir hədisə yönəltmək istərdim.
Muəlla ibn Hunəys deyir, mən bir gün İmam Sadiqdən (ə) soruşdum: Möminin mömin boynunda nə kimi haqqı var?
İmam (ə) bir qədər sakit qaldıqdan sonra buyurdu: “Möminin başqa bir möminin boynunda 7 vacib haqqı var.

1.Özü üçün bəyəndiyi hər bir şeyi mömin qardaşının haqqında da bəyənsin.

2.Onun istəklərinin həyata keçməsi üçün çalışasan və onun razılığını cəlb etmək üçün səy göstərəsən.

3.Öz malın, canın, ayağın, əlin və dilinlə ona yaxşılıq etmək üçün onun keşiyində olasan.

4.Gərək daima öz mömin qardaşının nəzarətçisi, bələdçisi, aynası, həmçinin onun köynəyi olasan.

5.Məbada, sən tox olduğun halda mömin qardaşın ac olsun. Məbada, sənin libasın olduğu halda onun geyimə ehtiyacı olsun. Məbada, sən sirab olduğun halda o susuzluqdan əziyyət çəksin.

6.Əgər sənin ailən varsa, onun isə ailəsi yoxdursa onun işlərini görmək üçün, evini yığışdırıb nəzmə salmaq üçün öz ailəni onlara aparasan.

7.Əgər mömin qardaşın sənə and verib səndən bir şey istəsə, gərək onun xahişini qəbul edəsən.


Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)
Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto)



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031