Ona əminliklə tabe olmaq olar...
Mьəllif: admin1
Tarix: 17-10-2019, 10:46
Ona əminliklə tabe olmaq olar...
"Peyğəmbərin (s) yaşam tərzinin əsas xüsusiyyəti, Allahın onu bəyənib, ondan razı olmasıdır. Buna görə də o Həzrətə (s) əminliklə tabe olmaq olar.

İnsani dəyərlər və əxlaqi keyfiyyətlər Peyğəmbərdə (s) o qədər yüksək idi ki, hətta ən inadkar düşmənlər belə təsir altına düşüb təslim olurdular, dostlar isə o Cənaba (s) aşiq olurdular.

İslam Peyğəmbərinin (s) “husnul-xulq”u və gözəl əxlaqı:

- əfv və güzəşti,

- atifə və mehribançılığı,

- isar və fədakarlığı,

Ümumiyyətlə digər əxlaqi keyfiyyətləri haqqda o qədər hədislər nəql edilib ki, bir məclisdə onların hamısını danışıb qurtarmaq mümkün deyil. Lakin qeyd etdiyimiz ayənin təfsirində Həzrət İmam Hüseyndən (ə) nəql olunmuş bir hədisi əziz oxuculara çadırıram.

İmam Hüseyn (ə) buyurur: Atam Əlidən (ə) Peyğəmbərin (s) həyat tərzi və əxlaqından soruşdum. Atam mənə çox geniş cavab verdi. O hədisin bir hissəsi belədir.

- Oturub durduğu şəxslərlə daim

1. Xoş və üzügülər.

2. Mülayim davranışlı idi.

3. Daş ürəkli deyildi (mərhəmətli idi).

4. Dili ilə heç kəsi acılamazdı.

5. Heç kəsin eybini axtarmazdı.

6. Yaltaqlıq etməzdi.

7. Heç kəsi məyus etməzdi.

8. Onun qapısına gedən namid (əliboş) qayıtmışdı.

9. İlahi savaba ümidvar olduğu şeylərin haqqında danışardı.

10. Danışan adam (həddini aşmasa) öz sözünü bitirməmiş onun sözünü yarımçıq kəsməzdi...

(O Həzrət (s)) Üç şeyi özündən uzaqlaşdırmışdı:

1. Mübahisə və cidal etməyi.

2. Sözdə uzunçuluq etməyi (moizələri də çox qısa və dərin məzmunlu idi).

3. Ona aid olmayan işlərə müdaxilə etməzdi.

Üç xüsusiyyətdən də camaatın haqqında uzaq idi:

1. Heç kəsi qınamazdı.

2. Heç kəsi danlamazdı.

3. Camaatın xəlvətdə olan eyb və səhvlərini axtarmazdı."

Hacı Rasim Məmmədovun moizəsindən götürülüb (Gürcüstan ruhanisi)

/islamazeri.az/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031