İmam-cümə: "Sabah elə bir xanımın şəhadət günü başlayır ki..." (Foto-Video)
Mьəllif: admin1
Tarix: 10-02-2017, 18:28
İmam-cümə: "Sabah elə bir xanımın şəhadət günü başlayır ki..." (Foto-Video)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, İmam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə bu gün Cümə namazı qılındı.

Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl iki xütbə söylədi.

Birinci xütbədə, “Əyyami-Fatimə” günlərindən danışan İmam-cümə: Bir hədisə əsasən sabah Fatmeyi-Zəhranın (s.ə) şəhadət günüdür – dedi.

Hz.Zəhranın (s.ə) fəzilətindən danışan İmam-cümə: “Sabah elə bir xanımın şəhadət günləridir ki, Allah onun qəzəbi ilə qəzəblənir və onun razılığı ilə razı olur, O Elə bir xanımdır ki, Peyğəmbər (s) onun haqqında buyurdu: “ummu əbiha” atasının anası” – qeyd etdi.

Peyğəmbərin (s) hədisini təfsir edən xətib, hədisdə olan iki mənaya da toxundu:
1-ci məna: “Mənim dinim sənin vucudundan dünyaya gələcək. Sənin mübarizən olmasa mənim dinim aradan gedərdi. Sən öz mübarizənlə mənim dinimi yenidən dünyaya gətirəcəksən. Əlavə etdək ki; Vilayət yolunun ilk şəhidi xanım Zəhra (s.ə) idi”.

2.-ci məna isə: “Peyğəmbərin (s) nəsili o xanımın vicudundan dünyaya gəldi. Yəni Zəhra (s.ə) olmasaydı Peyğəmbərin (s) nəsili yarım qalardı, İmamət sütunu sarsılardı – buyurdu.


Hz.Fatimənin məqam və fəzilətindən danışam Hacı Rasim İmam Əlinin (ə) yanında olan məqamından da danışdı: “Sabah elə bir xanımın şəhadət günləridir ki, onun şəhadəti Əlini (ə) taqətdən salıb belini bükdü. Hədislərdə var ki, Əli (ə) məscidə idi. Birdən xəbər çatdı ki, Zəhra (s.ə) dünyadan getdi. Yazırlar ki, Əlinin (ə) dizləri titrədi, əyləşdi yerə”.

Sonda böyük alimlərin tövsiyələrindən misal gətirən imam-cümə sözünü belə bitirdi: “Böyüklərmiz bizə deyiblər əgər aqibətinizin xeyirli olmağını istəyirsinizsə xanım Zəhraya (s.ə) təvvəsül edin”.

İkinci xütbədə “Kövsər” surəsinin təfsirindən danışan İmam-cümə: “Peyğəmbər (s) oğul evladlarının həyatda qalmadığlarına görə düşmənlər elə güman edirdilər ki, Peyğəmbərin (s) getirdiyi islam davam etməyib yarımçıq qalacaq. Buna görə də Peyğəmbəri (s) təhqir edərək ona “əbtər” (sonsuz) deyirdilər. Mütəal Allah bu surəni nazil edərək müşriklərin bu tənəsinə möcüzəvi bir cavab verdi” – dedi.

Surənin nazil olma səbəbindən danışan Hacı Rasim surənin adına və mənasına da toxundu: “Bu surənin adı ilk ayədə işlədilmiş “Kövsər” sözündən götürülüb. “Kovsər” kəlməsi “kisrət” kəlməsindən götürülübdür mənası isə çoxlu xeyir bərəkət deməkdir. Təfsir alimləri “kövsər” kəlməsinə 30-a yaxın məna yazıblar. Bu mənalar bir-biri ilə zidiyyət daşmır. Bir çox hədislərdə isə Peyğəmbərə (s) əta olunan xeyir bərəkətin Fatmeyi-Zəhra (s.ə) olduğunu deyiblər. Çünki sonrakı ayədən (3-cü ayə) də məlum olur ki, bu surədə mövzu Peyğəmbərin (s) və müşriklərin gələcək nəsilləridir” – buyurdu.

Peyğəmbərin (s) və müşriklərin nəsillərindən danışan xətib qeyd etdi ki: “Bu gün bizdə görürük ki, Peyğəmbərin (s) Fatimeyi-Zəhranın (s.ə) vasitəsi ilə dünyaya gələn evladları milyonlarcadı. Lakin müşriklərin nəsilinə mənsub olan heç kəs qalmayıb və yaxud da qalıbsada heç kəs tanımır".

Sonda “Kövsər” surəsinin təfsirindən danışan İmam-cümə bu surənin oxmağın savab və fəzilətindənə də toxundu: “Bu surəni oxumağın savabı və fəziləti haqqında Peyğəmbərdən (s) bu cür nəql olunub: “Hər kəs bu surəni tilavət etsə Allah onu behişt çeşmələrindən sirab edər və Allah bəndələrinin, kitab əhlinin və hətta müşriklərin kəsdikləri qurbanlıqların sayı qədər ona əcr və savab verər” – qeyd etdi.



İmam-cümə: "Sabah elə bir xanımın şəhadət günü başlayır ki..." (Foto-Video)
İmam-cümə: "Sabah elə bir xanımın şəhadət günü başlayır ki..." (Foto-Video)
İmam-cümə: "Sabah elə bir xanımın şəhadət günü başlayır ki..." (Foto-Video)



Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930