ALLAH HEÇ KİMƏ QALDIRA BİLMƏDİYİ YÜKÜ YÜKLƏMƏZ
Cahil cəmiyyətdəki insanların bir hissəsi dini praktikada yaşamağın onlara çətin gəldiyini və elə bu səbəbdən dindən uzaq həyat sürdüklərini deyirlər. Beləcə, Allaha qarşı olan nankorluqlarını öz aləmlərində qanuniləşdirdiklərinə, günahlarını isə yüngülləşdirdiklərinə ümid edirlər. Halbuki, yalnız özlərini aldadırlar. Çünki Allah heç kimə gücünün çatdığından ağır məsuliyyət yükləməz. Allah taala Qurani-Kərimdə belə buyurur:
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir… (Bəqərə-286) Bir başqa ayədə isə Allahın bizə seçib-bəyəndiyi dinin hz. İbrahimin (ə) dini kimi asan olduğu ifadə edilir: "Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O, sizin himayədarınızdır. O, nə gözəl himayədar, nə gözəl yardımçıdır!" (Həcc-78) Həqiqət belə olduğu halda din əxlaqını tətbiq etməyin çətin olduğunu, istədiyinə baxmayaraq və dini yaşaya bilmədiyini iddia edən insan şübhəsiz ki, səmimiyyətsizdir. Bu iddia ilə də adam heç kimi aldada bilməz, ancaq öz-özünü aldatmış olar. Ruhani Həmzə Rüstəmov Marneuli. Oxşar xəbərlər
|