Gürcüstanda müəyyən dini məsələlərin həlli sahəsində Dini Agentliylə görüşülüb
Mьəllif: admin1
Tarix: 15-03-2017, 10:16
 Gürcüstanda müəyyən dini məsələlərin həlli sahəsində Dini Agentliylə görüşülüb
Ahlibeyt.ge xəbər verir ki, ötən gün Ruhanilər Heyətinin bir neçə üzvü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ilə birgə nazirlər kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri və əməkdaşları ilə görüş keçirdi.

Görüşdə ölkə müsəlmanlarını narahat edən müəyyən məsələlər, orta məktəbin dərslik tarix kitablarında dinimizlə bağlı müəyyən yanlış məlumatların olması, məscidlərin qeydiyyat və mülkiyyət məsələləri müzakirə olundu və digər dini sahədə mövcud olan problemlər haqda dövlət qurumu məlumatlandırıldı. BGMİ-nin şeyxi Hacı Ramin İgidov müəyyən dini məsələlərin həlli sahəsində fikirini bildirib, təklif və rəylərini söylədi.

Dini icmalar və dövlət arasında vasitəçi orqan olan Dini Məsələlər üzrə Dövlət Agentliyin sədri Zaza Vaşakmadze söylənilən məsələlərə münasibət bildirib sualları cavablandırdıqdan sonra qeyd etdi ki: “Gürcüstanda dini icmaların öz dinlərini azad və daha rahat şəraitdə yaşamaları üçün müəyyən işlər görülüb. Dövlət ölkədə sayca ikinci dinə mənsub olan müsəlman vətəndaşlarına diqqət və qayğısını bundan sonra daha da artıracaqdır”. O az zamanda çox işlər görülsə də yenə həllini tapmamış müəyyən problemlərin olduğunu vurğuladı. Müzakirə olunan məsələlərin tez zamanda həll olunması istiqamətində çalışacaqlarını söylədi. Dini Agentliyin birbaşa səlahiyyətində olmayan məsələlərin isə aidiyyatı orqanlara çatdıraraq, həlli istiqamətində səy göstərəcəklərini bildirdi.


 Gürcüstanda müəyyən dini məsələlərin həlli sahəsində Dini Agentliylə görüşülüb
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930