TBİLİSİDƏ “SAĞLAM AİLƏ VƏ SAĞLAM CƏMİYYƏT” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB (VİDEO)
Ahlibeyt.ge xəbər verir ki, bu gün paytax Tbilisidə Hz. Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə ailə mövzusunda “Sağlam ailə və sağlam cəmiyyət” adında elmi konfrans keçirildi.
Konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, ölkəmizdə səfərdə olan Tehranın imamcüməsi Ayətullah Kazim Siddiqi, din alimləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qurani-Kərimin tilavətindən sonra konfransı giriş sözü ilə açan din xadimi Vidadi Qurbanov bu elmi konfransın əhəmiyyətindən danışaraq bu mövzunun bu gün də dünyada və ölkəmizdə aktual olduğunu bildirdi. Sonra Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Beqlar Kamaşidze, Azərbaycanlı din alimi Ayətullah Kazim Siddiqi və Məhəmməd Baqir Saivər və başqaları çıxış etdilər. Çıxışlar zamanı dini qaynaqlara söykənərək sağlam ailənin formalaşmasında mühüm rol oynayan əsaslar, ailənin təməlini qoruyan amillər, Yeni ailə qurmağa başlamazdan öncə diqqət olunması gərəkən meyarlar, ailə bağlarını sarsıdan səbəblərin həll yolları və Ailənin möhkəmlənməsində cütlüklər arasında sevgi, sayqı, güvənc, hüzur və güzəşt kimi amillərin önəmindən danışdılar. Qeyd etdilər ki, fərdlərdən ibarət olan cəmiyyət ailədə böyüyür, tərbiyə olunur və formalaşır. Böyük cəmiyyətin necə formalaşması kiçik cəmiyyət olan ailədən aslıdır. Bun görə də ailə sağlam və möhkəm olmalıdır. Oxşar xəbərlər
|