AYƏTULLAH KAZİM SİDDİQİNİN GÜRCÜSTAN SƏFƏRİ BAŞA ÇATIB (Foto)
Ahlibeyt.ge xəbər verir ki, ölkəsinə qayıtmamışdan öncə Ayətullah Kazim Siddiqi və nümayəndə heyəti nazirlər kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyində olublar.
Qonaqları dövlətin dini qurumunun rəhbəri Zaza Vaşakmadze və əməkdaşları ilə birgə Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və ruhanilər qarşıladı. DMDA-nın sədri dini şəxsiyyətlərə ölkə müsəlmanlarının say, tərkib və vəziyyəti haqda, dövlətin müsəlmanlara diqqət və qayğısının və hətta maddi dəstəyi haqda söz açaraq Gürcüstanın tolerantlıq sahəsində dünyaya örnək bir dövlət olduğunu söylədi. Qonaqlar səmimi görüşdən və xoş qarşılanmadan məmnun qaldıqlarını ifadə edərək Gürcüstan dövlətinə minntədarlıqlarını bildirdilər. Ayətullah Siddiqi ötən gün din adına bütün dünyanı təhdid edən təkfirçi terror qruplaşmalar barəsində ölkənin diqqətli olmasının vacibliyindən danışıb, sağlam ənənəvi İslam dinin şübhəsiz inkişaf etməsinin ölkədə sülh, sayqı və əmin-amanlıq gətirəcəyindən əmin olmalarını dilə gətirdi. Din və dövlət münasibətlərində qarşılıqlı sayqının olmasının və problemlərin danşıqlar yolu ilə həllinin önəmindən söz açaraq Gürcüstanla bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirdi. Görüşün sonunda tərəflər bir-birilərinə hədiyyələri təqdim edib xatirə fotoları çəkdirdilər. Oxşar xəbərlər
|