Rəcəb ayı kimə nisbət verilir?
Rəcəb ayı çox şərafətli və əzəmətli bir aydır. Çünki bu ay Allaha məxsus bir aydır. Allah-taala Kəbəyə “beyti” – “mənim evim” deyir.
Buna görə də yer üzündə ən şərəfli məkan Kəbə evidir. Həzrəti Rəsulallah (s) buyurur: “Rəcəb Allahın, Şəban mənim, Ramazan isə ümmətimin ayıdır”. Allahın Rəsulu (s) buyurur: "Allah yeddinci səmada "dai" adlı mələyə qərar veribdir ki, rəcəb ayı yetişdikdə bu mələk hər gecənin əvvəlindən sübhə kimi belə nida edər: "Xoş Allaha itaət edən və Allahı yad edən hər kəsin halına"! Allah-taala buyurur: Mənlə söhbət edənlə mən də həmsöhbət olaram. Mənə itaət edənə mən də itaət edərəm (istəklərini yerinə yetirərəm). Məndən bağışlanmaq diləyəni bağışlayaram. Ay – mənim ayım, bəndə – mənim bəndəm, rəhmət isə mənim rəhmətimdir. Məni bu ayda çağıran hər kəsə cavab verər və istədiyi hər şeyi ona əta edərəm. Məndən yol istəyənə yol göstərərəm. Bu ayda bənd (ip) kimi qərar vermişəm ki, hər kəs ondan tutsa, mənə yetişəcək. Görürük ki, hədislərdə “Rəcəb” ayı Allaha nisbət verilir və bu da Rəcəbin fəzilətinə yetərlidir. Bu aylar çox şərafətli və möhtərəmdir, yəni gərək bu ayın ehtiramı saxlansın və dəyərli əməl bu aylarda günahı tərk etməkdir. İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbəsindən bir parça. Oxşar xəbərlər
|