Rəcəb ayında oruc tuta bilməyənlər üçün zikr
Rəcəb ayının orucu ilə əlaqədar çox fəzilət və savablar nəql edilmişdir. Bəzi üzrlü səbəblərdən rəcəb ayının orucunu tuta bilməyən şəxslər hər gün yüz dəfə bu zikri söyləsə, rəcəb ayının orucunun savabını (qismən də olsa) əldə edər: "Subhanəl-İlahil-cəlil. Subhanə məhrum la yənbəğit-təsbihu illə ləhu. Subhanəl-əazzil-əkrəm. Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhlun." Bu ayın özünəməxsus əməlləri, namaz və ibadətləri vardır. Daha ətraflı məlumat əldə etmək üçün “Məfatihul-cinan” və digər dua kitablarına müraciət edə bilərsiniz. İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbəsindən bir parça. Oxşar xəbərlər
|