İmamcümə: "Məbəs Peyğəmbərin (s) əzəmətinin və qəlb genişliyinin göstəricisidir"
Mьəllif: admin1
Tarix: 21-04-2017, 21:18
İmamcümə: "Məbəs Peyğəmbərin (s) əzəmətinin və qəlb genişliyinin göstəricisidir"
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-beyt (ə) cəmiyyətinin sədri, imamcümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-beytə (ə) salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl iki xütbə söylədi:

İmamcümə birinci xütbəsində Peyğəmbərin (s) peyğəmbərliyə məbus olmağından danışdı.

Hacı Rasim qeyd etdi ki, bildiyimiz kimi, Rəcəb ayı əlamətdar hadisələrlə doludur. O mühüm hadisələrdən biri də qarşımızda olan Rəcəb ayının 27-si “Məbəs” günüdür. O, həmin gün münasibətilə hər kəsi təbrik etdi..

Hacı Rasim davam edib dedi ki, məbəs Həzrəti Muhəmmədin (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsi deməkdir. Yəni əziz Peyğəmərimiz (s) Hira mağarasında ibadətlə məşğul olduğu zaman Həzrəti Cəbrail (ə) nazil olaraq o Həzrətə: “İqra!” Oxu! – dedi.

Məbəs – tarixin ən böyük hadisəsi, İslamın dəvəti “Oxu!” kəlməsi ilə başladı. Məbəs, yəni bəşəriyyətin cəhalətdən hidayətə, zülmətdən işığa, nadanlıqdan elmi tərəqqiyə çatdığı gündür. Məhz “Oxu!” kəlməsilə başlayan dəvətin təsirilə hətta avropalı alimlər də maarifə, mədəni-mənəvi dəyərlərə böyük önəm verməyə başladılar. Bu gün dünyada elmi-texniki tərəqqi adıyla tanınan inkişaf da məhz “Oxu”dan qaynaqlanır.

Məbəs həm də Peyğəmbərin (s) əzəmətinin və qəlb genişliyinin göstəricisidir.

İmamcümə Hacı Rasim ikinci xütbəsində insanın ruzisini artıran və genişləndirən əməllərdən danışdı. Onlar bunlardı deyə buyurdu: 1. Sileyi-rəhm (qohumlarla get-gəl etmək). 2. Sədəqə vermək. 3.Valideynə, ailəsinə xidmət. 4. Əxlaqı düzəltmək. 5. Allahla əlaqəni səmimi etmək. 6. Həmişə təharətli olmaq (fiziki və mənəvi baxımından). 7. Zəkat, xums ödəmək. 8. Həmişə istiğfar etmək (hər zaman bağışlanmaq istəmək). 9. Quran oxumaq. 10. Allahın istəyini həmişə öz istəyindən öndə görmək.

İnsanlar həmişə xoşbəxtlik arxasıncadır amma bilməlidirlər ki, dünya və axirət xoşbəxtliyi bu sayılan əməllərin vasitəsi ilə əldə etmək olar. Xoşbəxtliyin mənası odur ki; 1. İnsanın dünya və axirəti təmin olunsun. 2. Dünyada geniş imkanı olsun. 3. Həmin imkanlarla dünyada uzun və sağlam həyat sürsün. Ümumiyyətlə deyilən əməlləri xoşbəxtlik məcmuəsi adlandırmaq olar – deyə imamcümə qeyd etdi.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031