Mövludlar münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti təbrik edir
Mьəllif: admin1
Tarix: 13-02-2024, 10:27
Mövludlar münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti təbrik edir
13 fevral - 3 şaban - İmam Hüseynin (ə) mübarək mövludu

14 fevral - 4 şaban - Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu

15 fevral - 5 şaban - Həzrət İmam Səccadın (ə) mübarək mövludu

Bu mövludlar münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti və onun nəzdində fəaliyyət göstərən " Zeynəb (s.ə)" Qadınlar Birliyi və Əhli-beyt (ə) Aşiqləri Formu başda İmam Zaman (ə.f) olmaqla bütün dünya müsəlmanlarını təbrik edir.

İMAM HÜSEYNİN (Ə) HƏYATA QISA MƏLUMAT

Şəhidlər sərvəri imam Hüseyn (ə) 4-cü hicri-qəməri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. İslam Peyğəmbəri (s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızı Fatimeyi-Zəhranın (ə.s.) evinə yola düşdü.

Xanım Fatimeyi-Zəhranın (ə.s) xidmətçisi Əsma uşağı ağ parçaya büküb, Peyğəmbərin (s) hüzuruna gətirdi.

Peyğəmbər (s) körpəni qucağına alıb sağ qulağına "azan”, sol qulağına isə "iqamə” oxudu.

İmam Hüseynin (ə) dünyaya gəlişinin 7-ci günü Allah tərəfindən Peyğəmbərə (s) nazil olan mələk belə dedi: "Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli də sənin dostun və qardaşındır.

Buna görə də, bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy!” Beləliklə, imam Hüseynin (ə) adı Allah tərəfindən təyin edildi.

İmam Hüseynin (ə) təvəllüdünün 7-ci günü, xanım Fatimeyi-Zəhra (ə.s) oğlu üçün bir qoyunu qurbanlıq edib ətini yoxsullara payladı.

Həzrət Peyğəmbər (s) dəfələrlə onu qucağına alıb öpərək ağlamış və buyurmuşdu: "Hüseyni qarşıda böyük müsibət gözləyir.

Əməvilərdən zalım bir dəstə oğlumu öldürəcəkdir. Onlar qiyamət günü mənim şəfaətimdən məhrum qalacaqlar.”

HƏZRƏT ƏBƏLFƏZL ABBASIN (Ə) HƏYATINA QISA MƏLUMAT

Hicri təqvimi ilə 26-cı il, rəcəb ayının dördüncü günü Kərbəla ələmdarı, Neynəva saqi, Bəni-Haşimin Qəməri həzrət Əbülfəzl Abbas dünyaya göz açdı. (. (Vəqaye və həvadis, c. 3, səh. 30)

O həzrətin əziz atası təqvalılar mövlası, Əmirəlmöminin Əli (ə), uca məqamlı anası isə Ümmi-bəni ləqəbli, Fatimə Kəlabiyədir.

O mübarək doğulmuş uşağın qundağının əziz atası Əmirəlmömininin əlinə (ə) verdilər. İmam onu görəndə mübarək gözərində gözləri yaşla doldu.

Sonra Peyğəmbərin (s) sünnəsinə uyğun olaraq onun sağ qulağına azan, sol qulağına iqamə oxudu. Sonra Ümmil-bənindən soruşdu: "Onu necə adlandırdınız?”

O dedi: Mən heç bir işi sizdən öncə yerinə yetirməmişəm. Bəyəndiyiniz hər hansı adı ona seçin. Əmirəlmöminin buyurdu: " Bu uşağı əmimin adı ilə - Abbas adlandırıram.”

Həzrət Abbasın künyəsi Əbülfəzldir.

Çünki o həzrətin həyatı başdan-başa fəzilət və ütsünlükdən ibarətdir. Onun ən məşhur ləqəbləri:

Qəməri-bəni-haşim, Babül-həvaic, Babül-Hüseyn (ə), Səqqa, Əbdü Saleh, Əl-Həvasi (fədakarlıq edən), Sədiq, Sahibül-ləva (bayraqdar). (Çehreye-derəxşane- qəməre bəni- haşim, Əbülfəzlil-Əbbas: c. 1, səh. 147).

Həzrət Abbas (ə), xoş simalı və gözəl idi. Ona görə də onun ləqəbi "Bəni-Haşimin Ayı”- dır. Uca qamətli güclü qollara sahib idi. Ata süvar olanda o həzrətin dizi, atın boğazına çatardı.

Allahın Cəlal və Cəbərutun məzhəri idi. Şücaət və (gözəl) sifətlərdə İmam Hüseyndən (ə) sonra Əmirəlmöninin (ə) öVladlarının öncülü idi.

O həzrət bir parça iman və bəsirət idi. İmam Sadiq (ə) onun ziyarətnaməsində belə buyurub: "Şəhadət verirəm ki, sən, bir an da olsa, süstlük göstərməyib, qayıtmamısan. Sənin addımların dinin iman və bəsirətində iz qoyub. ( Kamilül-ziyarat, səh. 786.)

Başqa bir yerdə buyurub: " Bizim əmimiz Əbbas (ə), iti (açıq) gözlü və möhkəm imanı var idi. Qardaşı ilə birgə cihad edib, Allahın imtahanından qalib çıxıb və şəhadətlə həyat köçünü yığdı.” (Ə`yanüş-şiə, səh. 786)

Sonda o həzrətin məqamı haqqında İmam Baqirin (ə) buyurduğu (ə) rəvayəti sizə təqdim edirik:

Qiyamət qopanda Peyğəmbəri-əkrəm (s), Əmirəlmömininə (ə) buyurucaq: Fatiməyə de, ümmətin şəfaəti üçün Allahın dərgahına nəyi (ərz) təqdim edirsən?

Həzrət Əli (ə) onun sözünü çatdıracaq və cavabında o böyük xanım buyuracaq: " Oğlum Abbasın kəsilmiş iki əli, bu məqam üçün kifayətdir. ( Məalüyül-Sibtəyn, c. 2, səh. 452).

İMAM SƏCCAD (Ə) HƏYATI BARƏDƏ QISA MƏLUMAT

İmam Səccad (ə) şiələrin üçüncü İmamı Həzrət Hüseyn ibn Əlinin (ə) oğludur. Anası Şəhrəbanu olmuş ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır.

İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində, şaban ayının 5 də dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir.

O, təxminən iki il babası Əlinin (ə) hakimiyyət illərini görmüş ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) İmamət dövrünü dərk etmişdir.

İmam Həsən (ə) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur.

Hicrətin əllinci ili İmam Həsənin (ə) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur.

Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt (ə) əsirləri ilə birlikdə Kufəyə sonra isə Şama əsir aparılmışdır.

Bu səfərdə o müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur.

O bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı.

Nəhayət hicrətin 94-95-ci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur.



Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930