Moskvada rəsm sərgisinə Hacı Rizvan İsmayılov da qatılıb (Foto)
Ahlibeyt.ge xəbər verir ki, 7 İyun saat 18:00 tarixində Moskva şəhərinin Manej Mərkəzi
Sərgi Salonunda rəssamların "Ənənələr və Müasirlik" adlı 12-ci Beynəlxalq rəsm
festivalı keçirilmişdir. Bu festivalda dünyanın 30 dan artıq ölkəsindən tanınmış
rəssamlar qatılıb o cümlədən Yaponiya, Amerika və Avropa ölkələrindən də rəssamlar
iştirak edib.
Həmin sərgidə dünya şöhrətli Salvador Dalinin əsərləri və həmçinin Rusiya rəssamlar akedemiyasının prezdenti dünya şöhrətli heykəltəraş, rəssam Zurab Ceretelinində əsərləri nümayiş olundu. Festivalın açılışında çox sayda tanınmış insanlar o cümlədən Azərbaycan respublikasının
Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak etdi. Rizvan İsmayil bu sərgidə 12 tablo ilə çıxış edərək öz patetləşdirdiyi yeni bir üslub olan "Numeroloqizm" üslubunu yenidən Rusiya ictimaiyyətində işıqlandırdı. Qeyd edək ki, 7 iyunda başlayan sərgi 11 iyuna qədər davam edəcəkdir və 10 iyun saat 19:00 da Moskvanın "Musiqi Evi” adlanan mərkəzi konsert zalının kamera salonunda "VERA” mükafatının təqdimatı keçirləcək. Bu festival hər il iki dəfə keçirilir yaz sərgisi Rusiyanın Moskva şəhərində payız sərgisi isə Portuqalyanın Lisabun yaxud Çinin Şanxay şəhərlərində keçirilir.
Oxşar xəbərlər
|