Brüssel və Lüksemburq da keçirilən rəsm sərgisinə Hacı Rizvan İsmayılov da qatılıb (Foto)
Ahlibeyt.ge xəbər verir ki, "Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Belçika Krallığındakı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliklərinin dəstəyi ilə iyunun 21-dən 25-dək Brüsseldə, 26-dan 28-dək isə Lüksemburqda azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi keçirilir.
Bu sərgidə Azərbaycan respublikasından 24 nəfər rəssam o cümlədən ölkəmiz Gürcüstandan tanınmış rəssam Hacı Rizvan İsmayıl 4 tablo ilə iştirak edir. Qeyd edək ki, ümumilikdə 89 əsər o cümlədən tanınmış rəssam Sakit Məmmədovun bir işi də nümayiş olunur.
Sərginin açılışında tanınmış rəssamlar, mədəniyyət xadimləri və dövlət rəsimləri iştirak etmişlər. Sərgilərin keçirilməsində məqsəd Azərbaycanın gənc rəssamlarının istedadını bir daha nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq və mədəniyyətlərarası dialoqun inteqrasiya üçün vacibliyini vurğulamaqdır.
Yerli sənətsevərlərin "Azərbaycan – tolerantlıq diyarı” adlı sərgiyə böyük marağını nəzərə alaraq Əməkdar Rəssam Sakit Məmmədov və Tatyana Kesar iyunun 28-də Lüksemburqda fəaliyyət göstərən "Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının binasında ustad dərsi keçəcəklər. Azərbaycan Respubilkasının Belchika və Lyuksemburqda olan səlahiyyətli səfiri Fuad İgəndərov rəssamları sertifikatlar təqdim etdi.
Qeyd edək ki, "Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 2010-cu ildən etibarən Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği məqsədilə müxtəlif ölkələrdə gənc rəssamlarımızın əsərlərindən ibarət sərgilər keçirir. İndiyədək Xarici İşlər Nazirliyinin dəstəyi ilə Sofiya, Brüssel, Vyana, Paris, London, Roma, Bern, Milan, Budapeşt, Praqa, Vaterloo və Varşava şəhərlərində bu ölkələrdəki səfirliklərimizin fəal iştirakı ilə sərgilər təşkil olunub.
Oxşar xəbərlər
|