Bolnisi rayonunun Faxralı kəndində Qədir-Xum bayramı qeyd edildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, dini mərasimləri ölkəmizin müxtəlif yerlərində keçirilməsini proqramlaşdıran Gürcüstan Müsəlmanları İdarəsi Qədir-Xum bayramını 08.09.2017 tarixində Qardabanidə, ötən gün isə Bolnisi rayonunun Faxralı kəndində din, dövlət və ictimaiyyət xadimlərinin və yerli sakinlərin iştirakı ilə qeyd etdi. Ötən gün eləcə də Marneuli, Msxeta, Tbilisi və Kaspi şəhərlərində də yerli dini təşkilat və müsəlmanların dəstəyi ilə keçirildi.
Qurani-Kərimin tilavəti ilə açılan mərasimlərdə “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmi və eləcə də İslam ümmətinin vəhdətinin zəruriliyi haqda din xadimləri məclis iştirakçılarını məlumatlandırdı. Şeirlər oxundu və İlahilər səsləndirildi. Peyğəmbərimizin (s) iki əmanəti və sifarişləri müsəlmanlara çatdırıldı. Sonda bayram süfrəsi açıldı. Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə Hz. İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün olan "Qədir-xum" bayramı ilə əlaqədar mərasimlər təşkil olundu, bayram süfrələri açıldı. Allah belə tədbirlərin təşkil olunmasında zəhmət çəkən hər kəsdən qəbul etsin. Oxşar xəbərlər
|