İmam Əli (ə) məscidində Məhərrəm ayının ilk cümə namazı... (Foto)
Mьəllif: admin1
Tarix: 22-09-2017, 22:29
İmam Əli (ə) məscidində Məhərrəm ayının ilk cümə namazı... (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-beyt (ə) cəmiyyətinin sədri, imamcümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və Onun Əhli-beytinə (ə) salam və salavatdan sonra özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl iki xütbə söylədi.
Məhərrəm ayına həsr olunmuş xütbəsində imamcümə İmam Hüseynə (ə) əza saxlamaq və İmamın (ə) əsl məqsəd və hədəfindən danışdı.
İmamcümə: Məhərrəm ayının ilk gününə qədəm qoyduq. Bütün Peyğəmbərlərin, Əhli-beytin (ə) və böyük şəxsiyyətlərin əza saxladığı günlər – deyə qeyd etdi.
Sonra əlavə edərək dedi: İmam öz inqilabına ad qoyur və hədəfini açıqlayır. İmam Hüseyn (ə) Mədinədən Kərbəlayə tərəf hərəkət edəndə, Əhli-beytə (ə) yaxın olan hər kəs gəlib İmama (ə) bu səfərin çox çətin olacaqından danışırdı.
İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə belə buyurdu: “Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be mə’ruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.” (Bihar, 44-cü cild, səh. 329)
Yəni İmam (ə) onlara başa salırdı ki, mənim hədəfim çox alidir. Ona görə də çox dəyərli şəxsləri bu ali hədəfə qurban verməyə dəyər. İmam Hüseynin (ə) hədəfi yalnız və yalnız ümmətin hidayəti və islahı idi.
İmam Hüseyn (ə) buyurur: “Hədəfim Cəddim Peyğəmbərin (s) atam Əlinin (ə) ümmətini islah və hidayət etməkdir.”

İmamcümə ikinci xütbəsində həqiqi əzadarların xüsusiyyətlərindən danışdı.
Hacı Rasim xütbəsində buyurdu ki, həqiqi əzadarlıq odur ki, İmamın (ə) hədəfini izləmək və Kərbəla hərəkatının rəmizini yaşatmaqdır. Əzadarlıq o zaman həqiqi əzadarlıq olur ki, gərək orada iştirak edənlər özlərini və ətraflarını düzəltsinlər və bu cür insanlara Peyğəmbər (s) Əhli-beyt (ə) şəfaətçi olarlar və həqiqi mənada əzadarlıq məna tapar.


İmam Əli (ə) məscidində Məhərrəm ayının ilk cümə namazı... (Foto)
İmam Əli (ə) məscidində Məhərrəm ayının ilk cümə namazı... (Foto)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930