Həqiqətən Məsumlar (ə) bizim zamanımızda olsaydılar, əməllərinin şəklini çəkib sosial şəbəkələrdə paylaşardımı!?...
Günümüzdə acı təəssüf doğuran ən böyük problemlərdən biri də bundan ibarətdir ki, müsəlmanların bəzilərinin vacib saydığı əməllər əslində haqqa deyil, nahaqqa daha yaxındır..
Məsumların (ə) və xalis möminlərin əməl etdiyi islam o islamdır ki, Allah göndərdiyinə əməl edərlər və Haqqa tam təslim olarlar. Xalis mömin olmayanların əməl etdiyi islam isə o islamdır ki, ona öz nəfsləri istəyən kimi əməl edirlər. Həqiqətən Məsumlar (ə) və səhabələr bizim zamanımızda olsaydılar, ziyarətə getdiyində, qonaqlıq və ziyafətlərdə, ya da yetimə və fəqirə yardım etdiyi zaman çoxlu sayda şəklini çəkib sosial şəbəkələrdə paylaşardımı!?... Bundan da daha pisi və acı təəssüf doğuranı budur ki, bəzi müsəlmanların çoxu hər zaman zəngin insanlara fəqir insanlardan daha çox dəyər verirlər, zənginin qonaqlığına gedərlər, o nə istəsə yerinə yetirərlər, onun günahını savaba çıxardarlar. Amma fəqirin məkruh işini də böyük günah sanarlar. İmam Əli (ə) buyurur: “Varlı ilə kasıba verdiyin salam arasında fərq varsa, o zaman cəhənnəmdə yerini hazır bil”. Ona görə də vaxt var ikən hər kəs bundan nəticə çıxarmalıdır! Ramin Əli Ahlibeyt.ge Oxşar xəbərlər
|