İmamcümə Fələstin torpağlarının işğal tarixindən danışdı (foto)
Ahlibeyt.ge xəbər verir ki, ötən gün Marneuli İmam Əli (ə) məscidində Əhli-beyt (ə) cəmiyyətinin sədri, imamcümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.
Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və Onun Əhli-beytinə (ə) salam və salavatdan sonra özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl iki xütbə söylədi. İlk xütbəsini ölüm anlarının çox çətin olacağı haqqında danışdı. İmamcümə: Hətta Peyğəmbərlər (ə) və övliyalar da ölüm anlarının çətinliklərindən amanda deyillər. İslam Peyğəmbərinin (s) haqqında yazırlar: “O həzrət (s) can verən anında yanına bir qabda su qoymuşdu. Əlini suya batırıb üzünə çəkirdi. “La ilahə illəllah” zikrini deyərək buyururdu: “İnnə lil movti səkərat” ölümün (şiddətinin) bihuşluqları var – deyə qeyd etdi. Hacı Rasim: Nə üçün insanlar ölümü xatırlayanda qorxuya düşürlər? Bəzən bu suala bu cür cavab verirlər: a) İnsan ölümün həqiqətini anlamır, elə bilir ölüm puç və məhv olmaqdır, ona görə də ölümü xatırlayanda qorxuya düşürlər. b) Həqiqətən də günahkar insanların canvermə anından başlayaraq ölümün bütün mərhələləri çox çətin olacaq – dedi. İmamcümə ikinci xütbəsində İmam Zamanın (ə) zühuru ilə Quran ölümdən nicat tapacaq! haqqında danışdı. Hacı Rasim xütbəsində İmam Zamanın (ə.f) bütün Peyğəmbərlərin (ə) varisi, gözəllikdə həzrəti İsaya (ə), həzrəti Yusifə (ə), həzrəti İbrahimə (ə) və həzrəti Musaya (ə) bənzəməsini, xüsusən də cəddi İslam Peyğəmbərinə (s) daha çox oxşamasını – dedi. İmamcümə: O həzrət (ə.f) Peyğəmbərin (s) əmmaməsi başında, həzrəti Əlinin (ə) zülfiqarı və həzrəti Musanın (ə) əsası əlində, həzrəti Süleymanın (ə) üzüyü də barmağında zühur edəcək deyə – qeyd etdi. Xətib; İmam Zamanla (ə.f) İnsanların arasından ilk beyət edən həzrəti İsa (ə), Mələklərdən isə Cəbrayil (ə) olacaq. İmamcümə sonda yüz ildən bəri Fələstin torpağlarının işğal tarixindən danışdı: “Trapın Qüds haqqında olan qərarını heç kəs ciddiyə almadığı kimi bizdə ciddiyə almırıq və özü kimi sözdə dəyərsizdir. Qüds müsəlmanlarındır və müsəlmanlarında olacaqdır. Oxşar xəbərlər
|