Hacı Rasim Məmmədov TDI-nin əməkdaşlarına: "Gürcüstan üçün dindarlığın yox, dinsizliyin təhlükə təşkil etdiyini deyib"
Ahlibeyt.ge xəbər verir ki, ötən gün TDI-nin (Tolerantlıq və Müxtəliflik İnstitutu) əməkdaşları "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti"ndə, həmin cəmiyyətin sədri və əməkdaşları ilə görüş keçiriblər.
Qonaqlar Gürcüstandakı dini vəziyyətlə maraqlanıblar. Görüşdə "Əhli-beyt (ə) cəmiyyəti"nin sədri ilahiyyatçı Hacı Rasim Məmmədov dünya ilə müqayisədə Gürcüstanda dini vəziyyətin münasib olduğunu, Gürcüstan üçün dindarlığın yox, dinsizliyin təhlükə təşkil etdiyini deyib. Sözünün davamında Hacı Rasim deyib ki, Gürcüstan həmişə qeyri-müsəlman yadellilərin, romalıların, xəzərlərin, rusların və qeyri-müsəlman iranlıların işğallarına məruz qaldığı üçün gürcü xalqı müsəlmanları sülhsevərliklə hədiyyələrlə qarşıladı, çünki onlar müsəlmanları xilaskar kimi görürdülər. Hacı Rasim deyib: “Nə zamanki, xalqa və dövlətə inanclı və dindar adamlar rəhbərlik edib xalqlar və dinlər arasında sülh və dostluq hakim olubdur.” Daha sonra Hacı Rasim bildiribki buna baxmayaraq öz həllini tapmamış bir neçə problem var. Buna misal olaraq, ən böyük problemlərdən biri olan qədimdən tikilmiş məscidlərin İqtisadiyyat və Daimi İnkişaf Nazirliyinin balansına verilməsini göstərib. Hansı ki, məscidlər ruhanilər tərəfindən yaradılacaq təşkilatın nəzdində olmalıdır. Necə ki, sovet imperiyası dağıldıqdan sonra gürcü pravoslav xristianlara məxsus dini abidələr xristian ruhanilərdən ibarət dini şuranın balansına verildi. Hacı Rasim digər ciddi problem olaraq yeni məscidlərin tikintisinə və məscidlərin İslami arxitektura ilə inşasına icazə verilməməsini bildirib. Həmçinin Hacı Rasim məktəblərdə dinin tədris olunmamasını da problemlərdən biri olduğunu deyib. Oxşar xəbərlər
|