Marneuli şəhərində əza mərasimi keçirildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin və İmam Hüseyn (ə) məscidinin birgə təşkilatçılığı ilə Marneuli şəhərinin İmam Hüseyn (ə) məscidində Peyğəmbərin (s) əziz qızı, iki dünya xanımlar xanımı hz. Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə əza məclisi keçirildi.
Məclis Quran qarisi Kərbəlayi Rza Cəfərinin Quran tilavəti ilə açıq elan olundu. Əza mərasimində çıxış edən Al-Mustafa (s) Beynəlxalq Unversitetinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Höccətul-islam Davud Zare çıxış edərək Peyğəmbərdən (ə) və Hz. Fatimədən (s.ə) sonra Əhli-beytin (ə) çəkdikləri məzlumiyyətdən danışdı. Müsəlmanların iştirakı ilə keçirilən Əza məclisi Əhli-beyt (ə) məddahları Kərbəlayi Rzanın və Kərbəlayi Saidin səsləndirdiyi rozə və mərsiyyələrlə davam etdi. Məclis dualar və ehsan süfrəsi ilə yekunlaşdı. Oxşar xəbərlər
|