Yeni Zelandiyada baş vermiş terror ilə əlaqədar başsağlığı
Gürcüstan "Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi" Yeni Zelandiyanın Kraystçörç qəsəbəsində cümə namazı vaxtı 2 məscidə qarşı təşkil olunan silahlı hücumda şəhid olanlara Allahdan rəhmət, yaralananlara isə acil şəfalar diləyir və dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verir.
Qeyd edək ki, Kraystçörçün Heyqli Park bölgəsindəki Əl-Nur məscidi və Linvuddakı məscidə naməlum şəxslər tərəfindən təşkil olunan silahlı hücumda 49 nəfərin şəhid olduğu, 39 nəfərin də yaralandığı qeyd olunub. Ahlibeyt.ge Oxşar xəbərlər
|