Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində semnar keçirildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan "Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi"nin birgə təşkilatçılığı ilə İmam Sadiqin (ə) şəhadəti münasibəti ilə seminar keçirildi.
Seminar ilk öncə Quran qarisi Rza Cəfəeinin müqəddəs Qurani Kərimdən ayələrin tilavəti ilə başlayıb. Daha sonra tədbirin aparıcısı jurnalist Məşədi Azər Məmmədov qonaqları salamlayaraq Baş tutan elmi dini seminar barəsində məlumat verərək sözü çıxış etmək üçün, Soğanlıq Əhli-Beyt (ə) məscidinin axundu və ilahiyyatcı Hacı Rahid Kərimova verib. Hacı Rahid Kərimov öz çıxışında İmam Cəfər Sadiq (ə) cəmiyyətdə insanları necə islah edərdi və bu sahədə imamın rolu barəsində danışıb. Daha sonra çıxış üçün söz Əhli-Beyt (ə) cəmiyyətinin müəllimi və İlahiyyatcı Elçin Daşdanoğluna verilib. Öz növbəsində o, İmam Cəfəri Sadiqin (ə) yaratdığı ilk universitetdən və onun ictimaiətə verdiyi bəhrələrdən danışıb. Sonra söz Beynəlxalq Əl-Mustafa (ə) univerisitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Davud Zaireyə verilib. Çıxışında D.Zaire İmam Cəfər Sadiqin (ə) yaşadığı dövürdə mövcud olan vəziyyətdən eləcədə həmin dövürdə İmamın elmi təbliği həyatı ilə yanaşı məzlumiyyətindən də söz açıb. Məclis sonda Kərbəlayi Rza Cəfərinin oxuduğu rozə, fərəc duası ilə yekunlaşıb və ehsan süfrəsi açılıb. Oxşar xəbərlər
|