Qurban bayramı haqda bilmədiklərimiz
Qurban bayramının mənasını yaxşı dərk edib, yaxşı qeyd etmək üçün 4-5 sualın cavabını bilməliyik:
a) Qurban nə deməkdir? b) Nə zaman, hansı hadisə baş verib? (tarixdə) c) Qurban kəsməyin həqiqi mənası nədir? d) Bu bayram bizə nəyi öyrədir və s...? a) “Qurban” kəlməsinin mənası yaxınlaşmaq deməkdir. Yəni insanlar bu əməlləri ilə Allaha və bir-birlərinə yaxınlaşırlar. Yəni ümumi mənada insanı Allaha yaxınlaşdıran hər bir əmələ Qurban demək olar. Məsələn “Əssəlatu qurbənu kulli təqi”. Lakin xüsusi mənada ona halal olan (Şəriyyətdə müəyyən edilmiş, qoyun,dəvə, mal, keçi...) Allah yolunda kəsilməsinə deyilir. b) Tarixi. Bilirik ki, Allah mütal Qurani-Kərimdə hər bir insanı o cümlədən bütün Peyğəmbərləri imtahan edəcəyini buyurur. Hz. İbrahimi (ə) Allah bir neçə dəfə imtahan etmişdi.... Qurani-Kərim saffat surəsinin 100-cü ayəsindən başlayaraq “Qurbanlığın” tarixini danışır, həmin sürənin 106-cı ayəsində bu işin aşkar bir imtahan olduğunu vuruğlayır: إِنَّ هَٰذَا لَهُوَ الْبَلَاءُ الْمُبِينُ “Şübhəsiz bu (hadisə) həmin aşkar imtahandır”. (saffat-106) Qurban bayramında Allah-taala hz.İbrahimi (ə) imtahan səhnəsini sərgiləyir,nümayiş etdirir. رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ “Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et!”. (Saffat-100) Təfsir alimləri bu ayənin izahında yazırlar ki, İbrahim (ə) Allahdan evlad istəyirdi, amma həm də uşağın əməli-saleh olmasını Allahdan istəyirdi. فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ “Beləliklə Biz onu həlim bir oğlan uşağı (İsmail) ilə müjdələdik”. (saffat-101) Allah-mütaal qoca yaşında hz. İbrahimə (ə) bir oğlan uşağı bəxş etdi. Bəziləri İbrahimin (ə) 99-yaşını bəzilər 120-yaşını və s... olduğunu yazırlar. “Həlim”,səbirli, bacarlıqlı, fərəsətli və s... Mənalarda işlədilir. “Həlim” sifətini Allah-taala yalnız bu iki – ata, oğul – haqqında işlədib. إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُنِيبٌ “Doğrudan da İbrahim çox həlim və camaata ürəyi yanan, dərindən ah çəkən və (Bizə tərəf) qayıdan idi”. (Hud-75) فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَىٰ فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ "Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir? (İsmail) dedi: Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!" (Saffat-102) Hadisənin ən maraqlı yerinə gəlib çatdıq. 99-ildən sonra Allah-taala bir evlad verib, uşaq böyyüb 13-14 yaşına çatıb yaxud “buluğ həddinə” çatıb və yaxud “minaya” qurbangaha çatıb. Allah tərəfindən uşağın qurban kəsilməsinə əmr edilir. Rəvayət olunur ki, hz.İbrahim (ə) 3-dəfə yaxud təkrarən eyni yuxuyu görür, sonra öz yuxusunu oğlu İsmayilə (ə) söyləyir. Amma çox nəvaziş və nəzakət ilə “يَا بُنَيَّ” “oğulcan” deyə sözünə başlayır. Eynilə oğulda atası kimi nəvaziş və nəzakətlə cavab verir “يَا أَبَتِ” “ey mənim əziz atam”. İbrahim (ə) bu cür danışığı ilə dünyaya yetirmək istəyirdi ki, mən oğlumu çox sevirəm, amma Allahın əmrinə təsliməm. Mən bu işi qədarlığımdan eləmirəm... Günəş kimi aydındır ki, İbrahim (ə) oğlu iİsmayili çox sevirdi. Əgər belə olmasaydı Allah İbrahimi (ə) İsmayil (ə) vasitəsi ilə imtahan etməzdi. فَلَمَّا أَسْلَمَا وَتَلَّهُ لِلْجَبِينِ “Beləliklə elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı)”. (Saffat-103) وَنَادَيْنَاهُ أَنْ يَا إِبْرَاهِيمُ “Biz ona xitab etdik ki: Ey İbrahim!” (Saffat-104) قَدْ صَدَّقْتَ الرُّؤْيَا ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ “Həqiqətən sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”. (Saffat-105) إِنَّ هَٰذَا لَهُوَ الْبَلَاءُ الْمُبِينُ “Şübhəsiz bu (hadisə) həmin aşkar imtahandır”. (Saffat-106) وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ “Və Biz ona böyük bir qurbanlıq (həm cism, həm də ehtiram baxımından böyük bir qoyun) fəda etdik”. (Saffat-107) Təfsir alimləri bu ayədə işlənmiş “Əzim”kəlməsinin haqqında yazırlar: 1. Allah tərəfindən göndərilmiş qoc cism cəhətindən böyük bir heyvan idi. 2. Allah tərəfindən göndərildiyinə görə dəyər baxımından böyük saymaq olar. 3. Hz. İsmayili (ə) əvəz etdiyinə görə “Əzim” kəlməsi işlədilmiş ola bilər. 4. həqiqətə ən yaxın məna sonrakı ayədə bəyan edilən məna ola bilər. Belə ki, hz. İbrahim (ə) və hz İsmayil (ə) öz zamanlarından qiyamətə qədər gələcək insanlara örnək olacaqdır. وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ “Ondan, sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq”. (saffat-108) سَلَامٌ عَلَىٰ إِبْرَاهِيمَ “Salam olsun İbrahimə!” (saffat-109) c) Qurban kəsməyin batini və həqiqi mənası. ...لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ ۚ ... “Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar... (Həcc-37) Heyvan kəsmək nəfsi istəkləri kəsməkdən bir təşbihdir. Kəsmək məhv etmək demək deyil heyvanı. Kəsiləndə məhv olmur. Əksinə dəyər və təkamül tapır. Qabağca 10-15 manat qiynəti vardi, indi kəsildi insan onun ətini istifadə etdi və o insan enerjisinə, canına çevirildi. Misal; necə ki, ağacı budayıb, darayanda məhv olmur əksinə inkişaf edir. İnsan da Allahdan qeyrisi ilə olan bağlarını kəsəndə. Mənəvi inkişaf, yüksəliş, və tərəqqi tapır. 2) Qurban kəsməkdən alınacaq dərslər. 1. Allahın əmirinə təslim olmaq. Hz. İbrahim (ə) və İsmayil (ə) kimi. مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَٰكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ “İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi”. (Ali-İmran-67) Kərbəlada hamı şəhid olduqdan sonra hz. Hüseyn (ə) İmam Zeynul-abidindən (ə) soruşur: “Oğlum nə istəyirsən?” (Bir belə faciyədən sonra fikirin nədir?) İmam Zeynul-abidin (ə) atasının cavabında buyurdu: “Atacan istəyirəm ki, mən istəyən yox Allah istəyən olsun, O mənim haqqımda nə tədbir tökübsə o olsun”. Təslim məqamı budur. Kərbəla faciyəsi böyüklükdə hadisənin nəticəsi ilə razı olasan. İmam Hüseyn (ə) buyurur: “Əhsən sənə oğlum. Sən İbrahimin Cəbrayilə (ə) dediyi cavabı dedin.” İbrahimi (ə) oda atmaq üçün mancanağa bağlamışdılar, hz Cəbrayil (ə) gəlib dedi: “bizdən nə kömək istəyirsən?” İbrahim (ə) buyurdu: “Sənə gəldikdə heç bir ehtiyacım yoxdur.” “Elmuhu bi hali həsbi ən məqali”. “Allahın mənim halımdan agah olması bəsimdir. Mənim nəsə danışmağıma ehtiyac yoxdur”. 2) Fədakarlıq və isar. Sevdiklərini qurban verməkdir. İbrahim (ə) kimi biçağı əlinə alanda büyün dünyaya, qiyamətə qədər gələcək insanlara mesaj olsun deyə bir cümlə dedi: “Haza vəladu ziynətu qəlbi, qurrətu eyni”. “Bu mənim balamdı, qəlbimin ziynətidir, gözümün nurudur”. Yəni belə deyil ki, mən 100 ildən sonra tandığım evladımı sevmirəm. Allah istədiyinə görə mən öz övladımı qurban verirəm. İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbələrindən. Ahlibeyt.ge Oxşar xəbərlər
|