Nuhun (ə) gəmisi, Adəmin (ə) tövbəsi, Həzrət İsanın (ə) mövludu... Aşura günümü baş verib?
Aşura qiyamından sonra Bəni-Üməyyə bu gündə oruc tutmaq və bu günü əzizləməklə əlaqədar saxta rəvayətlərdən istifadə edərək dinin əsasının və şiə məktəbinin ziddinə təbliğ etməyə başladılar.
Onlar deyirdilər ki, Hüseynin özünün, Əhli-beytinin (ə) və köməkçilərinin bu gündə öldürülməsi (nəuzu billah!) çox gözəl və müstəhəb iş olduğundan, çox xeyir-bərəkətli bir gündür, buna görə də bu gün oruc tutmaq lazımdır! Bu məqsədlə çoxlu saxta rəvayətlər də quraşdırmışdılar. Onlar bu hədislərlə Aşura qiyamının hikmət və fəlsəfəsini təhrif etməkdən əlavə, bu günü bayram keçirir, onun şükürünü yerinə yetirmək üçün oruc tuturdular! Bu cür hədislər düzətdilər: Məsələn güya Aşura günü bu gün o gündür ki, Hz. Adəmin (ə) tövbəsi qəbul olundu, hz. Nuhun (ə) gəmisi endi, hz. Yunus (ə) balığın qarnından nicat tapdı, Hz. İbrahim (ə) Nəmrudun odundan nicat tapdı, bu o gündür ki, Hz. Musa (ə) dənizi böldü və s... Mərhum Əbul-fəzl Tehraninin “Şifaus-südur” Kitabı Aşura haqqında yazılan ən mötəbər kitablardandır. Şeyx Abbas Qumi bu kitabdan nəql edir: Bu mövzunun xülasəsi budur ki, Bəni-Üməyyə istədi ki, Aşura hadisəsini müsəlmanların yadından çıxarda, bu cür hədislər təbliğ etməyə başladılar. Bu hədislərin heç biri səhih hədis deyil. Meysəm Təmmar İmam Əlidən (ə) nəql edir: Aşura günü haqqında bəzi xəbərlər vermiş və demişdi: “Həzrət Hüseynin (ə) qatillərinə lənət vacib edilmişdir... İnsanlar əsassız və cəəl (saxta) hədisə görə belə hesab edirlər ki, Sübhan Allah bu gündə Adəmin (ə) tövbəsini qəbul etmişdir. Halbuki onun tövbəsi Zilhiccə ayında Ərəfə günündə qəbul olmuşdu. Onlar elə bilir ki, Allah bu gündə Hz. Musa (ə) üçün dənizi bölür, halbuki bunu Allah Rəbul-Əvvəl ayında etmişdir. İnsanlar elə bilir ki, Allah Yunusu (ə) balığın qarnından bu günü çıxartmışdır, halbuki Allah onu balığın qarnından Zilhiccə ayının 18-də çıxartmışdır. Onlar elə bilir ki, Nuhun (ə) gəmisi bu gündə sahilə gəlmişdir, ancaq gəmi Zilhiccə ayının 17-də sahilə gəlmişdir”. "Biharul-ənvar", 61-ci cild, səh. 291 “Şifais-südur”, Tehrani, səh. 259; Kəraciki, “Ət-təəccüb”, səh. 45, “Kənzul-fəvaid”lə birlikdə çap olunan nüsxə Ramin Əli Ahlibeyt.ge Oxşar xəbərlər
|