Kirvəlik nədir və kirvə qızı ilə evlənmək günahdırmı?
Mьəllif: admin1
Tarix: 4-11-2019, 13:21
Kirvəlik nədir və kirvə qızı ilə evlənmək günahdırmı?
Uzun illərdən bəri müsəlmanların bir dəstəsinin arasında kirvəlik adəti mövcuddur. Sünnət toyunda uşağı tutan şəxsə kirvə deyilir (həkim tərəfindən sünnət edilən uşağı kirvə tutmur, onun yerini tibb işçisi əvəz edir). Kirvə həmin ailədə hörmətli tutulur.

Çox sayda bu sualın verildiyini nəzərə alaraq kirvə haqqında bir neçə mühüm tərəfi yazaraq sualı cavablandırmağa çalışacağam.

Bu adəti nə qədər araşdırsam da dəqiq tarixinə və bizə konkret olaraq kimdən gəldiyinə yetişə bilmədim, baxmayaraq ki, ələvilərdə və kürdlərdə kirvə adəti geniş yayılıb.

Azərbaycanda isə xüsusilə talış zonasında bu adət demək olar yox dərəcəsindədir, hətta ölkənin şimal hissəsində də azdır. Gürcüstanda yaşayan türklərə gəldikdə isə bu adət geniş yayılmış şəkildədir.

Kirvə anlayışının hardan gəldiyi məlum olmasa da, bu bəllidir ki, kirvə nə islamda buyurulub, nə də türklərdə olub, məsələn, Orta Asiyada yaşayan türkmən, qırğız, özbək türklərində kirvədən xəbər yoxdur.

İslamda isə nə Hz. Peyğəmbərdən (s), nə də Əhli-beytindən (ə) bu göstəriş buyurulmayıb. Göründüyü kimi, bizə kənardan gəlib, araşdırmalardan görünür ki, xristianlıqdan keçdiyi ciddi ehtimal olunur.

Çünki xalqlar bir yerdə yaşadıqları zaman müxtəlif şəkildə bir-birlərinə yaxınlaşmalar olur. Nümünə kimi desək, Türkiyədə 1915-ə kimi kürdlərlə ermənilərin kirvəliyi az sayda olmayıb.

Kirvəlik bizim adət olmadığı ilə yanaşı özü ilə başqa bir fəsad da gətirib o, “kirvə qızı ilə evlənmək olmaz” ifadəsidir. Maraqlıdır ki, xristianlarda kirvə qızı ilə evlənməyi qadağan bilirlər.

Ola bilsin “kirvənin qızı ilə evlənmək olmaz” sözü ilə kirvənin evə girib-çıxmasının əmniyyətini saxlamaq istənilibdir. Lakin yenə də mənası bu deyil ki, kirvə məhrəmdir.

Nəzərinizə çatdıraq ki, islam dinində məhrəmiyyət yalnız iki halda mümkündür; bunlardan başqaları ilə şəriətdə göstərilmiş şərtlərlə evlənməyin qadağası yoxdur:

1) Evlənməklə: (Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın – yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları – əgər onlarla yaxınlıq etməmisinizsə, onda sizə bir günah yoxdur; eləcə də (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq – (cahiliyyət dövründə olub) keçən istisna olmaqla – sizə əbədi haram olunmuşdur. Həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır. (“Nisa” surəsi, ayə 23.)

2) Süd qohumlğu: yuxarkı ayədə göstərildiyi kimi.

Uşağa sünnət etdirmək müsəlmanlara Peyğəmbərin (s) göstərişidir, lakin kirvəlik peyğəmbər sözü deyil, uşağı tutan şəxs sadəcə kömək etmiş olur. Kirvə qızı məhrəm deyil, naməhrəmdir və qohum sayılmaz (kirvə qohumdan tutulubsa istisnadır), Allahın kitabına əsasən evlənmək olar.

Elçin Daşdanoğlu yazır...


Ahlibeyt.ge



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031