Marneuli İmamcümələri “Qüds” günü barədə
Bu günlərdə bir çox ölkələrdə Qüds günü qeyd edilir. Sizlərə Marneuli imamcümələrinin Qüds günü haqqında fikirlərini təqdim edirik:
İmamcümə Hacı Hacıyev: “O Qüds məscidi 13-il müsəlmanların qibləsi olub amma təəssüf ki, bu gün həmin məscid işğal altındadır və müsəlmanlar orada ibadətlərini rahat formada edə bilmirlər”. “Artıq Qüds günü beynəlxalq bir gündür. ABŞ-ın bəzi ştatlarında o cümlədən Avropa ölkələrində və bir çox müsəlman ölkələrində bunu böyük səviyyəli formada gərçəkləştirirlər. Həmin müqqədəs torpaq bu gün işğalçı sionist rejimin tapdağı altındadır. Bu gün bütün dünyanın hər yerində azadlıq sevər insanlar dillərindən, dinlərindən və millətlərindən asılı olmayaraq Qüdsun işğaldan azad olunması üçün əllərindən gələn işləri görürlər”. İmamcümə Hacı Rasim Məmmədov: Qüds məscidi müsəlmanların ilk qibləsi və Peyğəmbərimizin meraca yüksəldiyi bir məkandır eləcədə bu beynəlxalq Qüds gününün təsisçisi böyük İslam alimi Ayətullah Musəvi Xomeynidir (r.ə). “Müsəlman qanının axıdılmasında günah və məsuliyyət sionist rejim üzərinədir. Bu gün müsəlman ölkələri olan Fələstində, Yəməndə, İraqda, Əfqanıstanda, Sudanda, Azərbaycan/Qarabağda, digər bölgələrdə nahaq qan axıdılmasında günah və məsuliyyət də məhz bu qan içən rejimin üzərinə düşür. Biz zalımları və işğalçıları qətiyyətlə pisləyirik və hər birimiz imkanımız daxilində Qüdsə dəstək verəcəyik. Çünki müsəlman olaraq həmişə sülhsevər və digər dinlərə qarşı da dözümlüyük. Qüdslə bərabər vətənimiz Gürcüstanın ayrılmaz tərkib hissəsi və zöhrəsi olan Abxaziya və Cənubi Osetiya bölgələrinin işğaldan qurtularaq azadlığa qovuşması uğrunda da mübarizəyə hər an və həmişə hazırıq". İmamcümə Hacı Əziz Nəbieyev: İsrail rejimi Fələstin torpağını işğal edibdir, dinindən və irqindən aslı olmuyaraq hər bir insanın Qüdüs gününü yad etməsi insanlıq borcudur: “Fələstin torpağları müqəddəsdir, hər bir səmavi dinin müqəddəs məkanı sayılır və gərək bu yerin müqəddəsliyi qorunub saxlana. Amma təəssüf ki, uzun illərdir həmin torpaqlarda qanlar tökülür. “Biz hər yerdə işğacı qüvvənin əleyhinəyik o cümlədən, Gürcüstanımızın dəyərli torpağları olan Abxaziya və Cənubi Osetiya eləcədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən qüvvələrə. İnsan qərək ədalət prinsipi ilə yaşaya, insan-insana zülüm etməməlidi və zülümün qarşısında durmalıdır, istər müsəlman və ya qeyri müsəlman bu insanlıq borcudur ki, zülmün qarşısında dursun və məzlumun tərəfində yeralsın”. Məlumat üçün qeyd edək ki, İlk dəfə 1982-ci ildə İran islam inqilabının banisi Ayətullah Xomeyninin (r.ə) təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda və dünyanın çox ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü "Qüds günü" adlanır. Oxşar xəbərlər
|