“Charlie Hebdo” jurnalına qarşı Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin bəyanatı
Mьəllif: admin1
Tarix: 16-09-2020, 13:47
“Charlie Hebdo” jurnalına qarşı Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin bəyanatı
Gürcüstan “Əhli-beyt (ə)” dini, mədəni-maarif cəmiyyətinin, “Zeynəb” Qadınlar Birliyinin və “Əhli-beyt (ə)” aşiqləri forumu”nun birgə

Bəyanatı

Haqqa xatirlikdən uzaq olan xəstə həzrət Peyğəmbərimizin (s) müqəddəs və parlaq simasını təkrarən təhqir eləməsi bir daha göstərdi ki, onların mənfur kini və şərəfsiz davranışı ilə insan haqlarının və düşüncə azadlığının əslində heç bir əlaqəsi yoxdur.

Əksinə, bu, həm də Avropadakı dini və dünyəvi düşüncə azadlığına da ağır bir zərbədir.

“Söz azadlığı” bəhanəsi söz dəllallarının əlində saxta və tufta demaqogiyadan başqa bir şey deyildir.

...Uca Allaha şərik qoşanlar, həzrət Peyğəmbərimizi və müqəddəs kitabımız “Qurani-kərim”i təhqir edərək gözdən salmağa çalışanlar min il bundan əvvəl də olub, indi də; yəni, bu, nə bir ilkdir, nə də bir son.

Tarixin müxtəlif mərhələlərində dəfələrlə haqlı olduğumuz halda bizi “haqsız” kimi göstərməyə çalışanlar min il bundan əvvəl də biabır oldular, indi də acınacaqlı durumdadırlar.

Allahın rəsulu (s) təhqirlərlə bağlı belə dua edirmiş:

“Allahım! Güc və qüvvəmdəki zəifliyi, həllini tapa bilməyən əlacsızlığımı, bizi təhqir edənləri sənə həvalə edirəm”.

Biz, Gürcüstan “Əhli-beyt (ə)” dini, mədəni-maarif cəmiyyəti, “Zeynəb” Qadınlar Birliyi və “Əhli-beyt (ə) aşiqləri forum”u olaraq “Charlie Hebdo”nun növbəti cahilliyini və batil təxribatını qətiyyətlə qınayırıq.

Tərbiyədən və əxlaqdan uzaq hərəkət hesab edirik və təbii ki, uca Allaha ismarlayırıq!

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031