İmamcümə məscidlərin mülkiyyət problemindən danışdı
Mьəllif: admin1
Tarix: 27-03-2021, 15:39
İmamcümə məscidlərin mülkiyyət problemindən danışdı
"2011-ci ildə məscidlərin şəklini cəkəndə hamı təəccubləndi ki, bunlar kimdirlər, nə məqsədlə gəlib məscidlərin şəklini çəkirlər.

Elə bu məscid problemləridə o zamandan başladı. O zaman biz, şəxsən mən, möminlər, ruhanilər və "Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti" öz mövqeyini bununla bağlı ortaya qoydu.

Bütün məsuliyyət daşıyan şəxslərə fikrini bildirdi, istər Gürcüstanın daxilində, istərsədə xaricində. O zamanlar Dini Agentlik yox idi, dini işlərə baxan Reinteqrasiya Nazirliyi və parlament idi, xaricdən Avropa Şurasının nümayəndə heyyəti gəlirdi, unverstetlərdən nümayəndə heyyətləri gəlirdi hərbirinə də demişdik ki, məscidlərin mülküyyəti möminlərə məxsusdur".

Aktual.ge xəbər verir ki, bu sözləri "Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti"nin sədri, imamcümə Hacı Rasim Məmmədov 26 mart Marneuli İmam Əli (ə.s) məscidində Cümə xütbəsində ölkədəki məscidlərin mülkiyyət problemindən danışarkən söyləyib.

İmamcümə Hacı Rasim Məmmədov sözlərinə belə davam edib:

"Məscidləri hökumət, hansısa bir qurum öz adına keçirə bilməz. Mən qısa olaraq demək istərdim ki, orada burda mənəm-mənəm deyənlər bizim danışdığımız sözləri öz adlarına çıxaraq, bizi ittiham edirlər, güya məscidi müdafiə edirlər.

Vəqf məsələsi İslami bir qaydadır Şura yaradaraq məscidləri həmin Vəqfin mülkiyyətinə vermək, bu bizim fikirimiz idi, şəxsən mənim fikrim idi. Bununla bağlı dəfələrlə demişik, xəbərlərdə də var baxa bilərsiniz və elə hesab edirəm ki, qismən bu sözüm yetərlidir.

Gürcüstandakı məscidlərin mülkiyyət məsələsi ilə əlaqədar xarici və Qərb ölkələri, o cümlədən qonşu müsəlman ölkələri, nümunə gətirib deyirlər ki, orada məscidlər hökumətin balansındadır.

Bu müqayisə yalnışdır, çünkü adını çəkdiyim ölkələr müsəlman ölkələridir və orada məscidlərin hökumətin balansında olmağı bir başqa yanaşmadır, ancaq Gürcüstanın özündə gözəl bir örnək var, Gürcüstanda kilsələr kimin balansındadır?

Sən müqəddəs məkanlarına (Kilsələri tutur nəzərdə) necə yanaşırsansa müsəlman dini abidələrinə də elə yanaşmalısan. Əgər kilsə Patriarxiyanın balansındadırsa, gərək məsciddə ruhanilərdən ibarət bir Vəqfin balansında ola.

Gürcüstanda olan bütün məscidlərdə bir səhv nümunə yaransa bundan sonra uzun illər bu səhv davam edəcək.

Biz 20 il ərzində araşdırmışıq ki, bunun heç bir hüquqi problemi yoxdur nə də məscidlərin gələcəyi üçün heç bir təhlükəsi yoxdur.

Kimsə deyə bilər ki, bunu hökumət daha yaxşı qoruya bilər, problem olmaz, fikirimcə hər iki halın öz problemləri var.

Məscidlərin mülkiyyətinin hökumət qurumunda olması bir cür problemi var, şəxsdə olmanın başqa cür problemi var.

Hökumətə maraqlı deyilsə də məscidi neynir?. Deməli bu məsələdə hökumətin məscidlərin üzərində maraqı var. Hökumət dinə həssas yanaşmalıdır, dini abidələri qorumalıdır.

Qeyd etdiyimiz kimi, məscidlərin mülkiyyəti bütün ruhanilərin və inanclılar tərəfindən yaradılmış "Vəqf Fondu"na təhvil verildikdən sonra yenidən hər bir məscid öz daxili şurasını yaradaraq fəaliyyət göstərə bilər".

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031