"Qüds dinlərin ortaq mirası" adlı seminar keçirilib (FOTO)
Bu gün Marneulidə Əhli-Beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində "Qüds dinlərin ortaq mirası" adlı seminar keçirilib.
Ahlibeyt.ge xəbər verir ki, seminarın əsas mövzusu Qüds və son dövürlərdə bu ərazilərdə baş verən hadisələr olub. Seminarda İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Əkbər Qasimi, Acariya bölgəsindən seçilmiş millət vəkili Tariel Nakaidze, Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin sədri Hacı Rasim Məmmədov, Al-Mustafa Beynəlxalq universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Həsən Yusifzadə, Hikmət Əhli-beyt (ə) müəssisəsinin rəhbəri Hacı Namiq Hüseynov, ruhanilər və ictimaiyyət adamları çıxış ediblər. Çıxış edən natiqlər bəşərin Qüds məsələsində ehtiyyatlı olmalı olduqlarını və Qüdsün bütün dinlər üçün dialoq və sülh məkanı olduğu qeyd olunub. Hacı Rasim Məmmədov öz çıxışında xristan gürcülərin Qüdsə etdikləri səfərdən söz açıb. O, qeyd edib ki, İmereti Kralı və Quriya bəyi özlərinə aid bir ziyarətgahın frank və ermənilər tərəfindən zəbt edildiyini və bununla bağlı Qüds Kadısına və Sancakbəyinə müraciət edərək həmin dövürlər Qüdsdəki pravoslav gürcü kilsəsinə gürcülərin gedib gəlməsinin təmin edilməsini istəmişdirlər. R. Məmmədov bildirib ki, Qüds müsəlmanların əlində olduğu dövürlərdə digər dinlərin nümayəndələrinə öz müqəddəs məkanlarına ziyarət etmək üçün şərait yaradılıb. O bildirib ki, təəssüflər olsun bu gün Qüdsdəki bu əmniyyət pozulub və buna dünya liderləri susur. Daha sonra çıxış edən İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Əkbər Qasimi, İmam Xomeininin Qüdslə bağlı müqavimətindən və onun nəticələrindən danışıb. O qeyd edib ki, İran hökuməti hər zaman məzlumun yanında yer alıb. Toplantıda çıxış edən Acariya bölgəsindən seçilmiş millət vəkili Tariel Nakaidze, müsəlmanların birliyinin vacibliyinə diqqət çəkərək bu gün islam ölkələrinin birliyinin olmaması nəticəsində Fələstində acı nəticələrin şahidi olduğumuzu qeyd edib. Seminarda çıxış edən Al-Mustafa Beynəlxalq universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Həsən Yusifzadə, Fələstin torpaqlarının işğal olunmasının və insanlara zülm edilməsinin bütün insanları narahat etməli olduğunu bildirib. Qeyd edək ki, seminarda İsrail rejiminin son illər ərzində Qüdsdə törətdiyi vəhşiliklər və hadisələr slaid formasında təqdim olunub. Baş tutan seminara Rusiyadan və Türkiyədən də online formatda din alimləri qatılıb öz fikirlərini qonaqların diqqətinə çatdırıblar. Tədbirin sonunda Qüdslə bağlı bəyannamə oxunub. Xatırladaq ki, seminar Əhli-Beyt (ə) cəmiyyəti, Gürcüstan İslam Araşdırmalar Mərkəzi, Beynəlxalq Al-Mustafa universteti, Qardabani Əl-Hikmə cəmiyyəti, Tbilisi Əhli-Beyt (ə) məscidi, İman müəssisəsi, Qardabani Hikmət Əhli-beyt (ə) cəmiyyəti, Marneuli İmam Hüseyn (ə) məscidi tərəfindən təşkil olunub. Oxşar xəbərlər
|