Marneulidə yeni dini idarənin açılış mərasimi oldu (Foto)
Bu gün, 17 mart tarixində Marneulidə Gürcüstan İslam Araşdırmalar Mərkəzinin açılış mərasimi keçirilib.
Ahlibeyt.ge xəbər verir ki, mərasimdə İranın Gürcüstandakı səfirliyinin mədəniyyət şöbəsinin nümayəndəsi, elm, ictimaiyyət və din xadimləri iştirak ediblər. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin zikr olunması ilə başlayıb. Daha sonra çıxış edən natiqlər cəmiyyətdə bu kimi, elmi mərkəzlərin mövcudluğunun vacibliyindən danışıb və yeni fəaliyyətə başlayan Gürcüstan İslam Araşdırmalar Mərkəzinə uğurlar arzu ediblər. Xəbər portalımıza müsahibəsində mərkəzin rəhbəri Doktor Hacı Fariz Rəcəbov bildirib ki, mərkəz dörd istiqamətdə fəaliyyət göstərəcək: "Gürcüstan İslam Araşdırmalar Mərkəzi, elmi mərkəz olaraq dörd sahədə fəaliyyət göstərəcək. Birinci istiqamət məshəblər və dinlər arası elmi, dini seminarların və dialoqun təşkili, ikinci islam sahəsində bir medianın fəaliyyəti, üçüncü elmi səviyyədə dərgi və jurnalların çap olunması və dördüncüsü isə elmi bir portalın fəaliyyəti olacaq", - deyə F. Rəcəbov bildirib. O həmçinin qeyd edib ki, müstəqil təşkilat olaraq digər elmi və dini təşkilatlarla da əməkdaşlıq ediləcək. Oxşar xəbərlər
|