Azərbaycanın İrandakı səfirliyində baş vermiş terrora görə başsağlığı
"27 yanvar 2023-cü il tarixində səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti", həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunu qətiyyətlə qınayır və hadisədə dünyasını dəyişən təhlükəsizlik xidməti əməkdaşına Allahdan rəhmət, yaralı səfirlik əməkdaşlarına şəfa diləyir. Mərhum zabit Orxan Əsgərovun ailəsinə və yaxınlarına başsağlığı verir. Oxşar xəbərlər
|