"Zeynəb (ə) Qadınlar Birliyi"nin fəaliyyətinin 10 illiyi qeyd olundu (Foto)
Gürcüstan Marneuli şəhər Əhli Beyt(ə) Cəmiyyətinin hüseyniyyəsində, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Zeynəb (ə) Qadınlar Birliyi"nin fəaliyyətinin 10 illiyi və İmamətin 2 ci nuru, İmam Həsənin (ə) mübarək təvəllüd günü münasibəti ilə tədbir qeyd olundu.
Ahlibeyt.ge xəbər verir ki, iki hissədən ibarət olan məclisin rəsmi hissəsi Zeynəb (ə) Qadınlar Birliyinin müəlliməsi və idarə heyyetinin üzvi Emiliya Səfərovanın aparıcılığı ilə baş tutdu. Həmin təşkilatın üzvi və müəlliməsi Hafizə Hüseynovanın Quran tilvəti ilə açıq elan olundu. Daha sonra Zeynəb (s.ə) Qadınlar Birliyinin idarə heyyət üzvi və müəlliməsi Esmira Nəsibova gələn qonaqları salamlayıb qadınlar birliyinin 10 illik fəaliyyətindən danışaraq, cəmiyyətdə qadın icmalarının əhəmiyyət və zərurətinə toxundu. Sonra Xanım Zəhra (s.ə) Mədrəsəsinin müəlliməsi Aminə İlqarova Ramaz ayının insan tərbiyəsinə təsiri haqda çıxış etdi. Məclisin davamında Bütün Gürcüstan Müsəlman Qadınlar İcması adından Naidə Hacıyeva, "İman" dini idarəsinin qadınlar şöbəsindən Ayşən Nəbiyeva, İmam Əli (ə) nəzdində fəaliyyət göstərən "İsmət" Gənclər birliyi adında Məsumə Cəfərli, Zeynəb (s.ə) Qadınlar Birliyini və idarə heyyətini 10 illik fəaliyyətləri münasibəti ilə təbrik edib, xoş sözlər söylədilər. Məclisin sonunda Zeynəb Qadınlar Birliyinin 10 illik fəaliyyətləri ilə bağlı video çarx nümayış etdirildi. Məclisin rəsmi hissəsi dualarla yekunlaşdı. Daha sonra tədbirin 2 ci hissəsi iftar süfrəsi ilə davam etdi. Oxşar xəbərlər
|