Marneulidə Qüds mərasimi keçirilib (FOTO)
Bu gün, Marneulinin mərkəzi İmam Əli (ə) məscidində cümə namazından sonra Qüds günü qeyd olunub.
Ahlibeyt.ge xəbər verir ki, mərasimdə imamcümələr və bir sıra dəyərli ruhanilər israil rejimi və məzlum Fələstin xalqı barədə çıxışlar ediblər. Bildirilib ki, Fələstin xalqına qarşı törədilən cinayətlər və müxtəlif bölgələrində baş verən kütləvi qırğınlar insanlığa qarşı cinayətlərdir. Qeyd olunub ki, Fələstin və Qüds torpağı haqda hələ də dünyanın Beynəlxalq mötəbər təşkilatları və böyük ölkələr tərəfindən layiqli mövqe sərgilənməyib. 80 ilə yaxın davam edən münaqişənin həlli yönündə ədalətli qərar verilməli, qərəzsiz və tərəfsiz konsepsiya irəli sürülməlidir. Baş tutan mərasim sonda dünya müsəlmanları üçün duaların oxunması və Qüdsün simasında ölkəmizin də tezliklə öz ərazi bütövlüyünə qovuşması duası ilə yekunlaşıb. Oxşar xəbərlər
|