İmam Əli (ə) məscidində Cümə namazı. (FOTO)
16.01.2015 tarixində Marneuli şəhərinin mərkəzi məscidi İmam Əli (ə) məscidində cümə namazı qılındı. Məsicin imamı Hacı Hacıyev ilk xütbəsində Müqəddəs İslam peyğəmbərinə göndərilən səlavatın dəyər və səvabı haqda söhbət açdı. Eləcə də Hacı Hacıyev Hz. Peyğəmbərə göndərilən səlavatların sayəsində tarixdə böyük məqamlara yetişmiş şəxsiyyətlərin həyatından danışdı. Birinci xütbənin davamında məscidin imamı gündəlik zikrlər haqqında məlumat verərək ən əsaslısı cümə gününün zikri olan səlavatın faydalarından açıqladı. Xütbənin sonunda isə məscidin hörmətli imamı Qiyamət günündə Hz. Peyğəmbərə ən yaxın olan şəxsi salavatının çox olması ilə bildirdi. Məscidin imamı olan ilahiyatçı Hacı Hacıyev ikinci xütbəsində zəmanəmizin İslam düşmənləri haqqda söhbət açdı. Hacı onların törətdikləri çirkinliklər qarşısında onlara qarşı bizim vəzifəmizi müqəddəs Quran ayələriylə təyin etdi. Hacı eləcə də bildirdi: Peyğəmbərin ümmətinin imanı o zaman kamil olar, ki öz peyğəmbərlərindən əvvəl qöndərilən bütün peyğəmbərlərə iman gətirsinlər. Hörmətli imam xütbəsinin davamında üzünü bütün dünya xalqına tutataraq buyurdu: Heç kəsin başkalarınının müqəddəsini adını söz azadlıqı qoyub təhqir etməyə haqqı yoxdur. Allahın nurunu söndürmək istəyənlər bilməlidirlər ki, bu istəklərinə nail olmayacaqlar. Bu Allahın vədəsidir ki, kafir və müşriklərin xoşuna gəlməsə də Allah öz nurunu tamamlayacaq. Əqər tarixə baxsaq görərik, ki bu işləri Firon, Nəmrud, Əbu Süfyanlar da etmək istəyiblər, amma müvəffəq olmayıblar. Bu günün Nəmrudlarıda müvəffəq istəklərinə çata bilməyəcəklər. Biz xaiş edirik bütün dinlərin tərəfdarlarından: Biz necə onların müqəddəslərinə hörmət edirik, onlar da bizim müqəddəslərimizə hörmətlə yanaşsınlar. Amma çox təsüflər olsun, ki bu gün tam əksinin şahidiyik. Bir neçə il bundan öncə İslam Peyğəmbəri haqda çəkilmiş 14 dəqiqəlik təhqirlə dolu videonu bu gün artıq 74 dəqiqəlik filmə çeviriblər. İkinci xütbənin sonunda məscid imamı Hacı Hacıyev buyurdu: O kəslər ki bu gün İslam adından istifadə edib partlayışlar edərək cinayətlər törədirlər, onlar İslam, Quran və İslam peyğəmbərinin sünnətindən heç bir şey anlamamışlar. Bunların şüar etdikləri İslam isə, həqiqi İslamın düşmənlərinin istəyi əsasında qurulmuşdur və İslamı bədnam etmək üçün addımlar atırlar. Bunların İslam siması terrorizmi dirçəltməkdir ki, İslam bu əməli tənqid edir. http://mgeo.ge Oxşar xəbərlər
|