Bu gün Tiflis şəhərində Peyğəmbərə (s) olunan təhqirə etiraz aksiyası oldu
Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində, keçmiş parlament binasının qarşısında Fransada "Şarli Ebdo" jurnalında Böyük İslam Peyğəmbəri Hz Muhəmmədə (s.ə.a.s) olunan təhqir və hörmətsizliyə qarşı dinc etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları "Ləbbeyk ya RəsulUllah!" şüarı və salavat səsləndiriblər. Aksiyada Əhli-Beyt Cəmiyyətinin nümayəndəsi ilahiyyatçı Elçin Daşdanzadə çıxış edərək, söz azadlığının təhqir azadlığı olmadığını bildirib və bu mənfur karikatura hadisəsini qəti şəkildə pisləyibdir. Aksiyada xalqın müxtəlif təbəqə və zümrələrindən 100-dən çox şəxs iştirak edib. Dinc etiraz aksiyasında "Fərəc" duası oxunub və aksiya insidenetsiz şəkildə başa çatıb. Ahlibeyt.ge Oxşar xəbərlər
|