İmam Əli(ə) məscidində növbəti Cümə namazı qılındı
27.03.2015 tarixində Marneuli şəhərinin mərkəzi məscidi İmam Əli(ə) məscidində Əhli Beyt cəmiətinin sədri Hacı Rasim Məmmədovun imamlığı ilə cümə namazı qılındı. Hacı ilk xütbəsini Nəhcül Bəlağədə olan Həmmam xütbəsiylə başladı və pəhrizkarların sifətini sadaladı. Hacı Rasim təqvalılar və pəhrizkarlar 3 sifətə malik olduqlarını bildirərək buyurdu: "Kasıblıq onları qorxutmaz, varlılıqda isə möhtacları unutmazlar. Öz qəzəblərini söndürərlər və qəzəbə hakim olarlar. Və insanlara hər zaman güzəşt edərlər. Hacı Rasim ikinci xütbəsində İmam Zamanın (ə) zühur dövründə qurulacağı höküməttən söhbət açdl. Və buyurdu, əgər bir şəxs o höküməttə iştirak eləmək istəsə gərək təqvalılardan olsun. Vəhhabilərin bu gün müsəlman hökümətlərində törəttikləri cinayətləri bildirərək bütün bu işlər onların xəyallarıdır dedi. Və onlar Allahın nurunu söndürə bilməzlər. Allah tədbir töküb öz nurunu mütləq tamamlayacaq və müsəlmanlar gələbə çalacaqlar. Son sözlərində dedi müsəlmanlar gərək oyaq olalar öz əqidələrinə inanalar və bu hökümətin qurulmasına mütləq imanları ola. Namazdan sonra “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi” -nin (ÜGMADİ) təşkilatcılığı ilə şirinlik süfrəsi açıldı. mgeo.ge Oxşar xəbərlər
|