Bu gün Əhli-Beyt (ə) Aşiqləri Forumunun toplantısı olub
Bu gün Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumunun növbəti toplantısı oldub. Əhli-Beyt (ə) Cəmiyyətinin Hüseyniyyəsində baş tutan toplantı Quran qaresi Rza Cəfərinin oxuduğu Quran tilavəti ilə açılıb. Toplantının aparıcısı Elçin Daşdanzadə sözü Qum Elmiyyə Hövzəsinin ustadlarından ilahiyyatçı alim Məhəmməd Baqir Sayvəriyə verib. Cənab Sayvəri "Quranda Peyğəmbərin şəxsiyyəti" mövzusunda çıxış edibdir. O bildirib ki, Quranda Hz Peyğəmbərin şəxsiyyətinin 4 cəhəti: 1.Allah ilə Peyğəmbər arasında münasibət 2.Peyğəmbər ilə xalq arasında münasibət 3.Peyğəmbərin kamalatı 4.Peyğəmərin əxlaqı, haqqında danışıldığını bildirib. Qeyd olunan cəhətlər haqaaında ilahiyyatçı alim geniş məlumat verib. Cənab Sayvəri bildirib ki, "Allah yanında ən uca məqam ƏbdUllahdır. Allaha əbd olsan XəlifətUllah olarsan. Əbd olmaq, təslim olmaqdır". Əhli-Beyt (ə) Aşiqləri Forumunun toplantısı Elçin Daşdanzadənin oxuduğu "Fərəc" duası ilə sona çatıb. Ahlibeyt.ge Oxşar xəbərlər
|