Bu gün İmam Əlinin (ə) mövlud bayramı qeyd olundu
Bu gün Əhli-Beyt (ə) Cəmiyyəti, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və "Zeynəb (s.ə)" Qadınlar Birliyi və Hz "Muhəmməd RəsulUllah" (s.ə.a.s) məscidinin nəzdində yenicə təsis olunmuş "Vilayət Aşiqləri" Fondunun birgə təşkilatçılığı ilə Marneuli rayonu İmir kəndində yerləşən Hz "Muhəmməd RəsulUllah" (s.ə.a.s) məscidində İmamət səmasının birinci parlaq ulduzu, möminlərin əmiri Hz İmam Əlinin (ə) səadətli mövludu münasibəti ilə bayram mərasimi keçirilib. Mərasim Görarxı kəndinin axundu Quran qaresi Məşədi İntizarın oxuduğu Quran tilavəti ilə açılıb. Məclisin moderatoru Elçin Daşdanzadə məclis əhlini salamlayıb təbrik etdikdən sonra, Əhli-Beyt (ə) məddahı Rza Cəfəri İmam Əli (ə) şəninə surud ifa edib. Sonra söz Hz "Muhəmməd RəsulUllah" (s.ə.a.s) məscidinin axundu Kərbəlayi Elçin Muhəmmədzadəyə verilib. Axund Elçin mərasim iştirakçılarına "xoş gəldin" deyərək, öz növbəsində xalqı bu mübarək gün münasibəti ilə təbrik etmiş və məclisin ərsəyə gəlməsində əməyi keçənlərə və dəvəti qəbul edib gəldiyi üçün hər kəsə öz təşəkkürünü bildirib. Bundan sonra Elçin Daşdanzadə sözü İmam Rza (ə) mədrəsəsinin müdiri dəyərli ruhani Hacı Əziz Nəbizadəyə verib. Hacı Əziz, İmam Əlinin (ə) həyatından, ali məqamından və Onu sevməyin fəzilətlərindən və Əliyə (ə) olan məhəbbətin insan həyatında oynadığı müsbət roldan danışıb. Daha sonra Anar Süleymanzadə Hz Peyğımbərin (s) şəninə ilahi nəğmə ifa edib. Bunun ardınca Əhli-Beyt (ə) məddahı Rza Cəfəri Əhli-Beyt (ə) şəninə ilahilər səsləndirib və dualar edib. Elçin Daşdanzadənin oxuduğu "Fərəc" duası ilə yekunlaşan bayram tədbirindən sonra ehsan süfrəsi açılıb. Ahlibeyt.ge Oxşar xəbərlər
|