Marneulidə Məbəs bayramı keçirilib
Bu gün Əhli-Beyt (ə) Cəmiyyətinin Hüseyniyyəsində həmin cəmiyyətin nəzdində fəaliyət göstərən Əhli-Beyt (ə) Aşiqlər Forumu və " Zeynəb (s.ə)" Qadınlar Təşkilatının birgə təşkilatçılğı ilə Məbəs bayramı münasibəti ilə bayram tədbiri keçirildi. Rza Cəfərinin oxuduğu Quran tilavəti ilə açılan məclisdə aparıcı Elçin Daşdanzadə iştirakçıları salamlayıb təbrik edərək sözü Bakıdan təşrif buyurmuş "Cəfəri-Muminun" ilahi nəğmlər qrupuna verib. Sonra söz Beynəlxalq əl-Mustafa (s) Univerisitetinin Gürcüstan nümayəndəsi höccətul-İslam vəl-muslimin Davud Ğəşəmiyə verib. Cənab Davud Ğəşəmi əziz İslam Peyğəmbərinin uca şəxsiyyətindən, Besətin hədəf və mahiyyətindən, insanlıq aləminin Besətdən sonra vəzifələrindən və nemətdən danışıb. El ağsaqqalı Seyyid MirAğa xalqı təbrik edərək Əhli-Beyt (ə)-in şəninə şeirlər söyləyib. Daha sonra dünən Əhli-Beyt (ə) Cəmiyyətinin qız tələbələri arasında keçirilmiş "Cümə" sürəsi üzrə qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb. Məclis "Cəfəri-Muminun" ilahi nəğmələr qrupunun ifa etdiyi mütəlif mövzulu mahnılarla davam edib. Bayram mərasimi ehsan süfrəsi ilə sona çatıb. ahlibeyt.ge Oxşar xəbərlər
|